Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-892/2025 14.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi Murad İbrahimovun, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tovuz rayonu, Çatax kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin rəisi Murad İbrahimov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 14 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs 2024-cü ilin sentyabr ayında X5 aldadaraq 500 manat pulunu oğurlamaqla xırda talama əməlini törətmişdir. Bununla da Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü Polis Bölməsinin rəisi Murad İbrahimov bildirmişdir ki, Şəxs 2024-cü ilin sentyabr ayında öz veb səhifəsində elan verərək veb sayt hazırladığını göstərmiş, bununla bağlı X7 onunla əlaqə saxladıqda sonuncuya veb sayt hazırlaya biləcəyini demiş və bununlka bağlı X1 Nərgiz Yaşar qızının göndərdiyi kart hesabına Sumqayıt şəhərindən 500 manat pul göndərmişdir. Lakin, Şəxs vədinə əməl etməyərək işi görməmiş və X4 500 manatını ələ keçirmişdir. Bununla da Şəxs xırda talama əməlini törətmişdir. Qeyd edilən faktla bağlı təhqiqat araşdırması aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə araşdırma aparılması üçün aiddiyəti üzrə göndərilmiş və tərəfindən müvafiq protokol tərtib edilmişdir. Hazırda tərəflər arasında barışıq olmamışdır. Ona görə də Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, fərdi olaraq veb sayt yaradılması işi ilə məşğuldur. 2024-cü ilin sentyabr ayında Pərvin Musayev ondan özü üçün veb sayt yaratmasını xahiş etmişdir. Buna görə də Pərvin Musayev ona kart vasitəsilə 500 manat göndərmişdir. O, xəstələndiyi üçün səhifəni hazırlayıb tam qurtara bilməmiş və Pərvin Musayevin ödədiyi pulu sonuncuya qaytara bilməmişdir. Dəymiş ziyanı hər ay 50 manat olmaqla ödəyə bilər. Himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, 2024-cü ilin sentyabr ayında özünəməxsus şirkətə veb-sayt və rəsmi email ünvanı hazırlamaq üçün internetdə tanış olduğu Nərgiz Musayevayla razılaşmışdır. Sayt və email ünvanı düzəltməsi üçün Nərgiz Musayevanın ona təqdim etdiyi kart hesabına ümumilikdə 500 manat pul göndərmişdir. Lakin, Nərgiz Musayeva nə ona veb-sayt, nə də ki email ünvanı hazırlamamışdır. Daha sonra o, həmin şəxsdən pulunu geri istədikdə ya müxtəlif bəhanələr gətirmiş, ya da telefon zənglərinə cavab verməyərək ona qarşı dələduzluq etmişdir. Hal-hazırda onlar arasında razılıq əldə olunmuşdur. Belə ki, Nərgiz Musayeva ziyanı ödəməsə də, hər ay 50 manat olmaqla dəymiş ziyanı ödəyə biləcəyini öhdəsinə götürür. Buna görə də işi üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs törətdiyi əməli səmimi etiraf edir. Həmçinin vurulmuş ziyanı hissə-hissə ödəməklə aradan qaldırmağa söz verir. Himayəsində iki azyaşlı uşağı var. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 mart 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxsn barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbirin görülməsi üçün aidiyyəti üzrə 3-cü Polis Bölməsinə göndərilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2017ci il təvəllüdlü bir azyaşlı uşağı var Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Qeyd edilən inzibati xətanının törədilməsi barəsində icraat aparılan şəxsin öz etirafı, həmçinin zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, eyni zamanda digər iş materialları ilə tam sübuta yetirilmişdir. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, hazırda zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs arasında dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq əldə edilsə də, ziyan ödənilməmişdir. Yalnız bundan sonra ödənişin edilmə qaydası ilə bağlı razılıq əldə edilmişdir. Ona görə də bu hal iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, İXM-in 39.2-ci maddəsində həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilməsi nəzərdə tutulmuşdur. İndiki halda isə ziyan ödəniulməmişdr. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində bir azyaşlı uşağının olmasını məsuliyətini yüngülləşdirən hal kimi qitmətləndirir Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, yüngülləşdirən halın olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114 və 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək onun barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-892/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-892/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver