Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-893/2023 06.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X6, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 azyaşlı uşağı olan, Azərbaycan Respublikası FHN-nin Sumqayıt şəhər DYMİ-nin 20 nömrəli yanğından mühafizə hissəsinin yanğınsöndürəni işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Prokuroru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib olunmuşdur. Qərar ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərərvurmayan xəsarət yetirmişdir. Sumqayıt şəhər Polis Prokurorluğu tərəfindən Şəxsnın barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X7 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərərvurmayan xəsarət yetirmişdir. Onun tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxsnın əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o 2019-cu ildən etibarən Azərbaycan Respublikası FHN-nin Dövlət yanğından mühafizə xidmətinin Sumqayıt şəhər Dövlət yanğından mühafizə idarəsinin 20 nömrəli yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində işləyir, daxili xidmət çavuşu rütbəsindədir. 2017-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan 2018-ci il təvəllüdlü Nəzrin adlı bir qız övladları vardır. Onun Nərminlə münasibətləri normal olmuş, lakin bir müddət sonra münasibətləri pozulmuşdur. Belə ki, o evin ehtiyacları üçün “Kapital Bank”dan “Bir kart” kredit kartı almışdır. Həyat yoldaşı Nərmin isə bununla bağlı evdə söz-söhbət salmışdır. 04 fevral 2023-cü il tarixdə o gecə növbəsindən çıxıb yaşadığı ünvana gəlmişdir. Bu zaman qızı Nəzrinin xəstə olduğunu görmüşdür. Həmin vaxt Nərmin paltarlarını geyinib işə gedəcəyini bildirmişdir. Nərmin bir aya yaxındır ki, “Gold Qayalı” mağazasında praktika keçirdi. O Nərminə uşağın xəstə olduğunu və ona kimin baxacağını soruşduqda Nərmin ona etiraz edərək səs-küy salmağa başlamışdır. O isə Nərminin başından tutaraq içəriyə itələmişdir, onu vurmamışdır. Daha sonra atası və anası gəlmiş, o da əsəblərini sakitləşdirmək üçün həyətə düşmüşdür. Həyətdə olan zaman onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə çağırmışlar. O da gedib orada izahat vermişdir. Bunların nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 İlkin İlqar oğlunun əməlinin sübuta yetirilmədiyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2017-ci ildə Şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan 2018-ci il təvəllüdlü Nəzrin adlı bir qız övladları vardır. Onun İlkinlə münasibətləri normal olmuş, lakin bir müddət sonra münasibətləri pozulmuşdur. Maddi vəziyyəti pis olduğundan Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” mağazasında satıcı kimi işə düzəlmişdir. O işə düzələn zaman İlkin buna etiraz etməmişdir. İlkin özü Sumqayıt FHN-nin YMİ-də yanğınsöndürən işləyir. Bir müddət sonra isə ondan işdən çıxmağı tələb etmişdir. 04 fevral 2023-cü il tarixdə evdə mübahisə yaranmışdır. O İlkindən özlərini hansı formada dolandıracaqlarını soruşmuşdur. O isə işləməyəcəyini bildirmişdir. Bundan sonra İlkin yumruqla başının ortasından vurmuş və gözü şkafın kənarına dəymişdir. İlkin hərəkətlərinə davam edərək iki dəfə sifətindən sillə də vurmuşdur. Daha sonra İlkin kənara çəkilmişdir. O isə bu barədə atasına demişdir. Atası isə yaşadığı ünvana polis göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunauyğun cəza verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 138 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:sol qulaq seyvanının qançırı. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasıyasına əsasən demək olar ki, həmin xəsarətlərin özü-özünə yetirməsi az inandırıcıdır. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispnaserinin xx.xx.2023-cü il tarixli 403 saylı arayışından görünür ki, Şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan DİN-nin xx.xx.2023-cü il tarixli arayışından və DİN-nin BƏSİİnin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X7 tərəfindən qəbul edilmiş 172c-23 saylı material üzrə xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən materialda cinayət hadisəsi olmadığından toplanmış 172c-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxsnın məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-893/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-893/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver