Məhkəmə qərarları › İş №3(060)-896/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-896/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-896/2024 25.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal mövcuddur və hazırki işə aiddiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxıla bilməz. Belə ki, inzibati xəta haqqında protokola, həmçinin ona əlavə edilmiş digər sənədlərə, yəni raporta və izahata əsasən inzibati xəta hadisəsi Sumqayıt şəhəri ərazisində deyil, Abşeron rayonu Üzümlük massivi ərazisində baş vermişdir. Abşeron rayonu Üzümlük massivi ərazisində baş vermiş inzibati xətaya görə isə protokolu Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi tərtib edərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Abşeron rayonu ərzisində baş vermiş inzibati xəta hadisəsi üzrə araşdırma aparmağa və protokol tərtib etməyə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisinin səlahiyyəti yoxdur. Həmin ərazidə baş vermiş inzibati xətaya görə araşdırma aparma hüququ ərazi üzrə səlahiyyətli olan şəxsə (şəxslərə) aiddir. Hazırki halda protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, protokol səlahiyyətli şəxs tərəfindən tərtib edildikdən sonra işə baxılması da aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aiddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 102.4-cü maddəsinə əsasən inzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci PBdən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar