Məhkəmə qərarları › İş №3(060)-897/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-897/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-897/2023 17.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, yataqxana 12-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə borclu Şəxs 200 manat cəriməni qərarın qanuni qüvvəyə minməsindən 3 ay müddət keçməsinə baxmayaraq ödəməkdən yayınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ona Nizami Rayon Polis İdarəsi tərəfindən tətbiq edilmiş 200 AZN cəriməni ödəmişdir. Bu barədə qəbzi məhkəməyə təqdim etmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokol tərtib etmiş şəxs gəlmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 08:40-da Q.Qarayev 74 ünvanında 15 saylı marşrut avtobusunda tibbi maskadan istifadə etmədiyi üçün İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə xx.xx.2023-cü il tarixli qəbz təqdim edərək cəriməni ödədiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Şəxs tərəfindən barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar üzrə tətbiq olunmuş cərimə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 529-cu maddəsinin qeydinin 1-ci bəndinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, işin materialları öyrənilmiş və işin halları ilə müəyyən olunmuşdur ki, Şəxs karantin rejimi qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə cərimə edilsə də cəriməni ödəməmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Ancaq işə baxılana qədər cərimə ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməlidir. Göründüyü kimi, Şəxs tərəfindən artıq cərimə ödənilmişdir və ona görə də, məhkəmə Şəxs inzibati məsuliyyətdən azad edilməsini məqəsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 128-130-cu maddələrini və 529-cu maddəsinin qeydini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-cİ maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs həmin maddənin qeydinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsınə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar