Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-899/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 20.10.2022-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olmaqla, Bakıp şəhəri, Binəqədi rayonu, 170 saylı xətt sərnişin daşıma marşrutunun son dayanacağının yaxınlığında fərdə həyət evində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs oğlu barəsində 08 aprel 2022-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, Şəxs 05.03.2022-ci il tarixdə X4 məxsus 325 manat pulu dələduzluq yolu ilə ələ keçirib mənimsəmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 məhkəmə iclasındakı izahatında göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı X1 tərəfindən X3 2009-cu il təvəllüdlü övladı X5 qarşı dələduzluq faktı ilə əlaqədar 07 aprel 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün polis bölməsinə göndərilmişdir. Buna görə də həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs 05.03.2022-ci il tarixdə 325 manat pulu dələduzluq yolu ilə ələ keçirib mənimsəmişdir. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs haqqında qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt şəhərində yaşayan Altun adlı şəxslə “PUB-G” onlayn oyun şəbəkəsində tanış olmuşdur. Onunla söhbət əsasında məlum olmuşdur ki, oyunda olan ona məxsus səhifə tanımadığı şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra Altun ondan yeni bir güclü səhifə almaq istədiyini bildirmişdir. O da öz növbəsində bu təkliflə razılaşmış və həmin səhifənin dəyərinin 100 (yüz) manat olduğunu bildirmişdir. O da bununla razılaşmış və onun hesabına 100 (yüz) manat məbləğində pulu 23.02.2022-ci il tarixdə köçürmüşdür. O isə yeni səhifənin bütün məlumatlarını Altuna verərək həmin səhifəni ona satmışdır. Bir müddət keçdikdən sonra Altun ona ondan başqa səhifə almaq istədiyini bildirmişdir. O isə yeni səhifınin əvvəlkindən daha güclü olmasını bildirmiş və onun dəyərinin 250 (iki yüz əlli) manat olduğunu bildirmişdir. Altun isə onunla razılaşaraq 223 AZN pulu olmasını və yerdə qalan 30 AZN pulu isə 3 gün ərzində göndərəcəyini bildirmişdir. Altuna yerdə qalan pulu göndərməyəcəyi təqdirdə səhifəni ona verməyəcəyini bildirmişdir. Altun da öz növbəsində onunla razılaşaraq 05.03.2022-ci il tarixdə kart hesabbına qeyd etdiyi pulu göndərmişdir. Hadisə üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Altun yenə də yerdə qalan pulu ona göndərməmiş və o da qarşılığında barəsində razılaşdıqları səhifə barəsində ona məlumat verməmişdir. Maddi vəziyyəti ilə bağlı olaraq oğurladığı məbləği bir dəfəyə qaytara bilmir. İşləyib hissə-hissə oğurladığı məbləği zərərçəkmiş şəxsə qaytara bilər. Eyni zamanda hazırda on beş yaşlı qardaşı ilə tək yaşadığını, atası cəzaçəkmə müəssəsində olduğunu, anasının yeni ailə quraraq onları tərk etməsinin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan X3 izahatından görünür ki, onun 2009-cu il təvəllüdlü oğlu Altun birinci dəfə 23.02.2022-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “OBA” marketdən terminal vasitəsi ilə 25.03.2022-ci il tarixdə 102 manat, 05.03.2022-ci il tarixdə isə 223 manat pulu Şəxs hesabına göndərmişdir. Şəxs isə övladının etibarnından sui-istifadə etmiş “PUBG” mobil oyununda “nik” satmaq adı ilə 325 manat pulu dələduqluq yolu ilə ələ keçirmişdir. Şəxs tərəfindən vurulmuş ziyan ödənilməmişdir. İş materiallarını araşdıraraq Məhkəmə hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həyat şəraitini, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini daşımaq və həmin vasitəni işlək vəziyyətdə saxlamaq üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İnzibati Xətalar Məcəlləsinin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmçinin həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 66-cı maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39,114-115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 180 (yüz səksən) saat ictimai iş inzibati tənbeh növü tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərində həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-899/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-899/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver