Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-9/2023 05.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş 27 sentyabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC (**********) barəsində inzibati xəta haqqında 27 sentyabr 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC 50000.00 (əlli min) ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə ölkədən xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 50000.00 (əlli min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şəxs MMC (**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib edilən 27 sentyabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməyə göndərilmiş, xx.xx.2022-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2571/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunan qərardan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən apellyasiya şikayəti verilmiş və iş aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-636/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2571/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. İş materilları xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə baxışı xx.xx.2023cü il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmyaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı "xxxx" MMC barəsində xx.xx.2022-ci il tarixli, EP № ******* saylı inzibati xata haqqında protokol tərtib edilmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati protokol "xxxx" MMC tərəfindən xx.xx.2020-cl il tarixdə 50000.00 (əlli min) ABŞ dolları məbləğində pulun xaricə köçürülməsi, lakin 50000.00 (əlli min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsi, valyuta vəsaitinin 2 il ərzində geri qaytarmaması ilə əlaqədar tərtib edilmişdir. "xxxx" MMC ilə Hindistanın rezidenti "DURGA MARBLE AND MİNERALS" arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilə abidə və tikinti üçün cilalanmış qara qranit daşları ilə bağlı olmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2019-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci iİ tarixli, **********8587 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci il tarixli, **********1222 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********2729 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci il tarixli, **********0921 sorğu saylı Gömrük Bəyannaməsi ilə 9000 (doqquz min) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********4311 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********8774 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, xx.xx.2020-ci iİ tarixli, **********6463 sorğu saylı Gömrük Bəyannaməsi ilə 18000 (on səkkiz min) ABŞ dolları və xx.xx.2021-ci iİ tarixli, **********8393 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları, ümumilikdə 54000.00 (əlli dörd min) ABŞ dolları məbləğində mallar ölkəyə idxal olunmuşdur. Bundan əlavə xx.xx.2021-ci il tarixlərdə gömrük bəyannamələri "xxxx" MMC tərəfindən bütün sənədlər vaxtında Mərkəzi Banka təqdim olunmuşdur. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 27 sentyabr 2022-ci il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********8587 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********1222 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında xx.xx.2020-ci iİ tarixli, **********2729 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********0921 sorğu saylı Gömrük Bəyannaməsi ilə 9000 (doqquz min) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********4311 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********8774 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********6463 sorğu saylı Gömrük Bəyannaməsi ilə 18000 (on səkkiz min) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci iİ tarixli, **********8393 sorğu saylı Gömrük Bəyannaməsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli çıxarışların surətlərindən görünür ki, "xxxx" MMC tərəfindən gömrük bəyannamələri "xxxx" QSC-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Konstitusiya Məhkəməsinin “Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin və İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Plenum Qərarına əsasən Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1-ci və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: AZ 5021, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-9/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-9/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver