Məhkəmə qərarları › İş №3(060)-9/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-9/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-9/2024 15.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qararından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X10, Qərardan şikayət vermiş şəxs X22 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X29 tərəfindən verilmiş şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X22 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından şikayət verərək qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X29 bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərara əsasən X29 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs qismində 3500 (üç min beş yüz) manat miqdarında cərimə olunmuşdur. O, Sumqayıt şəhəri, 10-cu mikrorayon əraziində çay evi işlədir. Çay evində teztez ofisiantlar dəyişir. Cərimə olunmağına səbəb kimi X6 və X11 əmək müqaviləsi bağlamadan işə cəlb etməyi, əsas olaraq isə Sumqayıt şəhər Polis İdarəsinin məktubu və digər sənədlər olmuşdur. Bildirmək istəyir ki, X6 və X11 xx.xx.2023-cü il tarixdə işə qəbul etmiş, lakin sistemə isə xx.xx.2023-cü il tarixdə yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları çay evinə gələrək yoxlama keçirmişlər və 02 (iki) ofisiantın əmək müqaviləsi olmadan işə cəlb olunduğunu aşkar etmişlər. O, bu məsələnin cərimə ilə nəticələnəcəyindən məlumatı olmamışdır. Barəsində tətbiq olunmuş inzibti cərimənin məbləğinin azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X18 izahat verərək bildirdi ki, Sumqayıt ŞPİ-dən verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsinə xx.xx.2023-cü il tarixli məktub daxil olmuşdur. Məktubda göstərilmişdir ki, Sumqayıt şəhər ərazisində yetkinlik yaşına çatmayan şəxslərin qeyri-qanuni spirtli içki və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində xx.xx.2023-cü il tarixdə şəhər ərazisində keçirilən yoxlama zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi fərdi evdə yaşayan X2 Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən işlətdiyi “Mağara” pub adlanan obyektdə yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X13 qeyri-qanuni spirtli içki olan pivə və orada işçi kimi fəaliyyət göstərən X5 və X7 heç bir müqavilələrinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən X22 X6 və X11 işə cəlb etməsi müəyyən olunmuş və toplanmış material tədbir görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsinə göndərilmişdir. Göstərilən xüsusatla əlaqədar tərəflərindən araşdırılma aparılmış və işəgötürən X29 qanunvericiliyin tələblərini pozaraq X14 və X15 əmək müqaviləsi sistemə yerləşdirilməmiş onu işə cəlb etməsi müəyyən olunmuşdur. Sumqayıt ŞPİ-dən şöbəyə daxil olmuş materiallarda olan X5 və X7 izahatlarından da görünür ki, 2023-cü ilin oktyabr ayından Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən işlətdiyi “Mağara” pub adlanan obyektdə ofisiant olaraq çalışmışlar, günlük 15-20 manat əmək haqqı müqabilində işə başlamışlar və onlarla əmək müqaviləsi bağlanılmadığını bildirmişlər. X12 da izahatında X5 və X1 müddətində olduqları üçün onlarla əmək müqaviləsinin bağlanmadığını, sınaq müddətindən sonra işi öyrənəcəkləri halda onlarla əmək müqaviləsinin bağlanacağını bildirmişdir. Lakin bildirmək istəyir ki, hər hansə bir şəxs sınaq müddətinə də olsa belə işə qəbul olunarsa qanunvericiliyə əsasən onunla əmək müqaviləsi bağlanmalıdır. Bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49cu maddələrinin tələbləri pozulmuşdur. Ona görə də, X22 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar qəbul olunaraq X29 3500 (üç min beş yüz) manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən X25 ünvanlanmış xx.xx.2023-cü il trixli məktubdan görünür ki, X17 Xidmətinin Abşeron Xızı regional şöbəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən olunmuş, bu səbəbdən İnzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə X29 xx.xx.2023-cü il tarixdə saat 11:00-da X17 Xidmətinin Abşeron Xızı regional şöbəsinə dəvət olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən “Mağara” çay evində vəzifəli şəxs X29 tərəfindən Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq X5 və X7 əmək müqavilələri hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlər yerinə yetirməyə cəlb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən X25 ünvanlanmış xx.xx.2023-cü il trixli məktubdan görünür ki, X17 Xidmətinin Abşeron Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolu üzrə inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən şəxs tərəfindən fiziki şəxslər X14 və X15 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Ona görə də, X29 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında oaln X5 və X7 izahatlarından görünür ki, 2023-cü ilin oktyabr ayından Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən işlətdiyi “Mağara” pub adlanan obyektdə ofisiant olaraq çalışmışlar, günlük 15-20 manat əmək haqqı müqabilində işə başlamışlar və onlarla əmək müqaviləsi bağlanılmadığını bildirmişlər. İş materiallarında oaln X22 izahatından görünür ki, X5 və X1 müddətində olduqları üçün onlarla əmək müqaviləsinin bağlanmadığını, sınaq müddətindən sonra işi öyrənəcəkləri halda onlarla əmək müqaviləsinin bağlanacağını bildirmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis leytenantı Şamil Şükürov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 47-a məhəlləsində yerləşən “Mağara” Pub-da iki azyaşlı şəxsə spirtli içki verməsi aşkar edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisi, polis polkovnik-leytenantı X16 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 455.2-cimaddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən işə götürən X29 X5 və X1 müddətində olduqları üçün onlarla əmək müqaviləsinin bağlanmadığını, sınaq müddətindən sonra işi öyrənəcəkləri halda onlarla əmək müqaviləsinin bağlanacağını bildirmişdir. X3 və X7 iş materiallarında olan izahatlarından görünür ki, 2023-cü ilin oktyabr ayından Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən işlətdiyi “Mağara” pub adlanan obyektdə ofisiant olaraq çalışmışlar, günlük 15-20 manat əmək haqqı müqabilində işə başlamışlar və onlarla əmək müqaviləsi bağlanılmadığını bildirmişlər. Bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X22 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından vermiş olduğu şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X29 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar