Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-900/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Ağdam rayonunun Şotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Dövlət Sərhəd Xidmətinin Atçılıq Federasiyasında təlimatçı işləyən, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5B, mənzil 87-də yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 14:00 radələrində Sumqayıt şəhəri, P.Həşimov küçəsi ərazisində Yol Patrul Xidməti inspektorlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin polis sahə rəisi, polis leytenantı X5 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, özünü təqsirli bilmir, polisə tabesizlik göstərməmişdir. Ailəlidir, himayəsində 3 uşağı var. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X6 bildirdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, P.Həşimov küçəsində “VAZ” markalı nəqliyyat vasitəsinin qabaq alın şüşəsi tünd olduğundan və arxa yaylarında konstruksiya dəyişikliyi olduğundan “VAZ ” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılmışdır. Sürücü Şəxs yaxıllaşaraq konstruksiya dəyişikliyinə və alın şüşəsinin tünd olduğuna görə barəsində inzibati protokol tərtib ediləcəyi, deyilən nöqsanları aradan qaldırmayacağı halda nəqliyyat vasitəsinin duracağa aparılacağı bildirilmişdir. Sürücü nöqsanların aradan qaldırılmayacağını bildirərək yüksək səslə onların əlindən bezdiyini bildirmiş və nalayiq söyüşlər söymüşdür. O, sürücüyə sakit olmağı, səs-küy yaratmamağı, ictimai qaydanı pozmamağı və onların işinə maneçilik törətməməyi bildirsə də, sürücü hərəkətlərini davam etdirərək onların qanuni tələbinə məhəl qoymamışdır. O bir daha sürücüyə polisin qanuni tələbinə əməl etməyi bildirsə də, sürücü polisin qanuni tələbinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Buna görə də onlar Şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə nəqliyyat vasitəsini isə evakuator vasitəsi ilə müvəqqəti duracağa aparmışlar. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 Altun Ənvər oğlu ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektorları, polis baş serjantı Altun Qasımovun və polis baş serjantı Kənan Əlişanovun xx.xx.2021-ci il tarixli raportundan görünür ki, xx.xx.2021-ci il tarixdə P.Həşimov küçəsində “VAZ 2109” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq alın şüşəsində və arxa yaylarında konstruksiya dəyişikliyi olduğu üçün sürücü Şəxs saxlanılmaqla barəsində inzibati protokol tərtib edilərək qanuni tədbir görmək istəyərkən sürücü bilərəkdən səs-küy salaraq nalayiq söyüşlər söymüş, onların əlindən bezdiyini bildirərək öz hərəkətlərini davam etdirmişdir. Onlar həmin şəxsi polisin qanuni əmrinə tabe olmağı, nalayiq söyüşlər səyməməyi, protokol yazılmasına maneçilik törətməməyi bildirsələr də, vətəndaş Şəxs yenə hərəkətlərini davam etdirərək polisin qanuni əmrinə tabe olmamışdır. Ona görə də onlar Şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində üç uşağının olmasıdır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli xx xxxx 2021-ci ildən, saat 14:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli xx xxxx 2021-ci ildən, saat 14:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-900/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-900/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver