Məhkəmə qərarları › İş №3(060)-900/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-900/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-900/2024 07.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət və ona əlavə olunmuş sənədlər 29 aprel 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərardan şikayət vermiş şəxs X3 07 may 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılmalıdır. Ərizənin təmin edilməsi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar