Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-900/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 xidmətinin Bakı şəhər İdarəsinin hüquq idarəsinin hüquqşünası və nümayəndəsi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və mühasibi Nümayəndə2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati xəta haqqında 28 fevral 2025-ci il tarixli, MN № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 469.2-ci maddəsinə əsasən 28 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda göstərilənlərə görə, İSB tərəfindən ötürülmüş xx.xx.2025-ci il tarixli məlumatda MMC tərəfindən Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq aktiv əmək müqaviləsi olan 15 sayda işçinin 5 nəfərinin istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş X9 xidmətinin hüquq idarəsinin nümayəndəsi Anar Məmmədov izahatında bildirdi ki, icbari sığorta bürosundan ötürülmüş məlumatlara görə protokolda adları keçən şəxslər MMC tərəfindən bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməmişdir. Belə ki, ƏM-nin 225-ci maddəsinin tələbləri pozulmuş, İXM-nin 469.2-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Ona görə Şəxs MMC barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Anar Məmmədov ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, idarə tərəfindən çıxarış iş materiallarına əlavə edilmişdir. İSB-dən verilmiş məlumata əsasən 5 nəfərin sığortası olmamışdır. Belə ki, hər bir müəssisə işçilərini bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta etdirməlidir. İcbari sığorta müqaviləsi olmadıqda gələcəkdə baş vermiş bədbəxt hadisələr zamanı işçinin əmək hüquqları qorunması mümkün olmur. Məhkəmədən Şəxs MMC-nin həmin maddə ilə təqsirli bilinərək, tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və mühasibi Nümayəndə2 tərtib edilmiş protokolla razılaşmayaraq göstərdi ki, 2024-cü ildən “Atəşgah” sığorta şirkəti ilə icbari sığorta müqavilələri olmuşdur. Həqiqəqətən də İcbari Sığorta Bürosundan Əmək müffətişliyi xidmətinə sığorta olunmayan işçilər barəsində məlumatlar verilmişdir. Hesab edir ki, İcbari Sığorta Bürosunda texniki nasazlıqlar baş vermişdir. Belə ki, əmək müfəttişliyindən onlara xx.xx.2025-ci il tarixdə bildiriş gəlmiş, xx.xx.2025-ci il tarixdə işçiləri sığortalamışdır. İcbari Sığorta Bürosunda olan texniki nasazlığa görə o, 15 işçi deyil, 10 işçini sığortalamış, sığortalanan 10 on işçi üçün Sığorta şirkətinə xx.xx.2025-ci il tarixdə 107 manat sığorta ödənişi etmişdir. Bir daha bildirir ki, texniki nasazlıq səbəbindən 5 işçi sığortalanmamış, bu haldan sonradan məlumatı olmuşdur. Məhz xx.xx.2025-ci il tarixdə işçilərin sığortalanmasına görə "xxxx" ASC-dən faktura gəlmiş, həmin gün ödəniş etmişdir. Düşünmüşdür ki, ödədiyi 107 manat vəsait 15 sayda işçinin sığortalanması üçün nəzərdə tutulan məbləğdir. Həmin məbləğdə vəsaitlə 10 nəfər işçini sığortalamasından məlumatı olmamışdır. Bildirir ki, sığorta məbləği hər işçiyə görə xüsusi əmsallarla hesablanır, bu səbəbdən faktura üzrə ödəniş edərkən 5 işçinin sığortalanmamasından məlumatı olmamışdır. Qeyd edir ki, işsiz şəxslərin işlə təmin edilməsi barədə məşğulluq Agentliyi ilə Şəxs MMC arasında müqavilə vardır. Müəssisə qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək cərimə ediləcəyi təqdirdə işçilərin əmək haqqlarının ödənilməsində çətinlik yaranacaqdır. Bu səbəbdən protokolun təmin edilməməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, X1, X4, X5, X7, X6 istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməmişdir. Şəxs MMC-də 15 şəxslə aktiv əmək müqaviləsi olsa da, həmin şəxslərdən yalnız 10u sığortalı olmuş, 5 nəfər şəxs sığortasız olmuşdur. Şəxs MMC ilə "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixdə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi imzalanmışdır. xx.xx.2025-ci tarixli çıxarışa görünür ki, hesab fakturaya əsasən Şəxs MMC xx.xx.2025-ci il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə əmək xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” üçün "xxxx" ASC-nin hesabına 107 manat məbləğində vəsaiti ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Bu səbəbdən Şəxs MMC İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, sonuncu bu məzmunda izahat verməklə təmsil etdiyi müəssisəni məsuliyyətdən yayındırmağa çalışmışdır. Belə ki, adı çəkilən MMC-nin 15 sayda işçisi olduğu halda, həmin işçilərdən 10 nəfərinin icbari sığorta edilməsi, 5 nəfərinin isə sığorta edilməməsini sistemdə baş vermiş texniki nasazlıqla əlaqələndirilməsini məhkəmə ağlabatan hesab etmir. Məhkəmə hesab edir ki, məhz səhlənkarlıq nəticəsində adları siyahıda qeyd edilən 5 nəfər işçi icbari sığorta olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “”ALO DAYƏ” MMC Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda bunu tam etməmiş, 15 nəfər işçisi olduğu halda, həmin işçilərin yalnız 10-u sığorta etməklə qalan 5 nəfər işçi sığorta edilməmişdir. Belə olan halda inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-nin 469.2-ci maddəsi ilə tövsif olunmuşdur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə tərəfindən MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-900/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-900/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver