Məhkəmə qərarları › İş №3(060)-901/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-901/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-901/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-X6 oğlunun iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, fərdi evdə yaşayan X6 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 18 mart 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 18.03.2021-ci il tarixdə X6 oğlu Sumqayıt şəhəri, H.Əliyev küçəsində polisin qanuni tələbinə məhəl qoymayaraq küçə ticarəti ilə məşğul olmuşdur. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi tərəfindən X6 oğlu barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 18 mart 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3cü polis bölməsinin sahə rəisi X3 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 oğlu inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 18.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən “Ordubad” marketin qarşısında küçə alveri ilə məşğul olan zaman polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib və bildirmişdir ki, küçə ticarəti ilə məşğul olduğu üçün polis bölməsinə dəvət olunur. O, da polisin qanuni tələbinə riayət edərək polis bölməsinə getmişdir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin PPXT-nun İİ bölüyünün polis nəfəri polis serjantı Rəsulzadə Malik Bayram oğlu Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin rəisi polis polkovnik leytenantı Xalid Quliyevə 18.03.2021-ci il tarixli raportla müraciət edərək, göstərmişdir ki, 18.03.2021-ci il tarixdə 91/75 çağrışlı avtopatrulda postaçı yoldaşı polis kiçik serjamtı Şamil Şirinzadə ilə birlikdə xidmət aparan zaman təxminən 15:15 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə “Ordubad” Marketin qarşısında qanunsuz küçəs satışı ilə məşğul olduğunu gördülər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra avtopatrula əyləşdirib aidiyyəti üzrə 3-cü polis bölməsinə təhvil verilmişdirlər. Həmin şəxs dəfələrlə xəbərdar edilməyinə baxmayaraq polisin qanuni tələbinə məhəl qoymayaraq öz qanunsuz əməllərinə davam etmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü X6 oğludur və həmin şəxs barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, işdə olan materialları tədqiq edərək hesab edir ki, X6 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş X6 oğlu barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X6 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200,00 (iki yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar