Məhkəmə qərarları › İş №3(060)-903/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-903/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-903/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibi katibliyi, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsxx.xx.2002-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2i evdə yaşayan Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 2-ci X6 Fərid Fərhad oğlu barəsində İXM-nin 528.1 və 535.1-ci maddəsi ilə inzibati xətaya dair protokol daxil olmuşdur. 19.03.2021-ci il tarixli MN ******* saylı və MN ******* saylı protokollardan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-4395/20 saylı, 20.10.2020-ci il tarixli icra sənədinə əsasən yaranmış borcunu üzrsüz səbəbdən icra etməmişdir. Həmçinin Şəxs mülki axtarışda olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman onların qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 və 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19.03.2021-ci il tarixli MN ******* saylı və MN ******* saylı protokollar bir icraatda, 3-(060)-903/2021 saylı işdə birləşdirilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 bildirdi ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-4395/20 saylı, 20.10.2020-ci il tarixli icra sənədinə əsasən yaranmış borcunu üzrsüz səbəbdən icra etməmişdir. Həmin icra sənədinə əsasən cavabdehlər X1 və Şəxs müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 3000 min (üç min) manat və mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat X5 xeyrinə tutulmalıdır. Borclu şəxs barəsində bu günə qədər zəruri icra tədbirləri görülsə də heç bir ödəniş edilməmişdir. Ona görə də 19.03.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respblikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsiylə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-4395/20 saylı, 20.10.2020-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və ondan müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 3000 min (üç min) manat və mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat X5 xeyrinə tutulmalıdır. Lakin hazırda işsiz olması səbəbindən borcunu ödəyə bilməmişdir. Məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən yayınmaq kimi bir niyyəti yoxdur. Həmçinin Şəxs bildirdi ki, 19.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi bina 2-nin qarşısında olarkən üç nəfər şəxs ona yaxınlaşaraq onun mülki axtarışda olduğunu və onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. Bu zaman o qaçmaq istəmiş, polis əməkdaşlarına tabesizlik göstərmiş və polis əməkdaşları onu tutaraq polis bölməsinə gətirmişlər. Hazırda əməlindən səmimi peşmandır. Odur ki barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində izahat vermiş Sumqayıt şəhər Pi-nin CAŞ-nin baş əməliyyat-müvəkkili, polis mayoru X8 bildirdi ki, 19.03.2021-ci il tarixdə saat təxminən 12:00 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Rauf Həmidov və kiçik inspektoru polis baş serjantı Ramil İbrahimovla birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində xidmət apararkən 02.03.2021-ci il tarixdə 732021 saylı mülki axtarışda olan Sumqayıt şəhəri, 76-cı məhəllə Yataqxana 5-də qeydiyyatda olan, hazırda ünvan 2i evdə yaşayan xx.xx.2002-ci il təvəlüdllü Şəxs tərəflərindən saxlanılan zaman onların qanuni tələbilərinə tabe olmayaraq ərazi üzrə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə getməkdən imtina etmişdir. Həmin şəxs tərəflərindən Polis Bölməsinə gətirilmişdir. Ona görə də 19.03.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respblikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsiylə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki inzibati xəta törətmiş şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Rauf Həmidov və kiçik inspektoru polis baş serjantı Ramil İbrahimov da X4 izahatı ilə oxşar məzmunlu izahatlar vermişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidləri, müdafiəçini, dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. İş materiallarında olan 19.03.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-4395/20 saylı, 20.10.2020-ci il tarixli icra sənədinə əsasən yaranmış borcunu üzrsüz səbəbdən icra etməmişdir. İcra sənədinə əsasən cavabdehlər X1 və Şəxs müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 3000 min (üç min) manat və mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat X5 xeyrinə tutulmalıdır. İş materiallarında olan 19.03.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs mülki axtarışda olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman onların qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi və daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində, yəni AR İXM-in 528.1-ci maddəsi ilə tənbeh təyin edilməlidir Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs oğlunun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar