Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-903/2024 29.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs – X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Siyəzən rayonu, Zarat Ərazi Dairəsi, Zarat kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində X3 arxa nahiyəsindən təpiklə vuraraq ona xəsarət yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X5 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində X3 arxa nahiyəsindən təpiklə vuraraq ona xəsarət yetirmişdir. 27 aprel 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 1-ci PB-nə, X4, Şəxs məxsus qeyd olunan avtomaşınlar yol nəqliyyat hadisəsi törətdiyindən həmin hadisəyə hüquqi qiymət verilməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Buna görə də Şəxs barəsində həmin faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 10:00 radələrində yaşadığı ünvanın həyətində saxlamış olduğu avtomaşını işə salıb yolu ilə gedərkən təsadüfən idarə etmiş olduğu avtomaşının sağ buferi Opel Astra markalı, ** LB *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sol qabaq qapısına dəydi. Həmin vaxt o və digər avtomaşının sürücüsü yerə düşmüş, avtomaşınlara baxan zaman hər iki avtomaşında cızıqların olduğunu görmüşlər. Onlar öz aralarında söhbət edərkən mübahisə etmiş, həmin şəxs avtomaşınını təmir etməyini ondan xahiş etmişdir. O, ona hər kəs öz avtomaşınını təmir etməsini deyən zaman səs salmışdır. O, ondan sakit olmağını xahiş etsə də o, sakit durmamış, o, həmin vaxt əsəbləşib 1 dəfə təpiklə onun arxa nahiyyəsinə vurmuşdur. Hal-hazırda zərərçəkmiş şəxs X6 ilə barışmışdır. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X6 ilə barışmışdır. Onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində aparılan inzibati materialın icrasına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə, təxminən saat 10:00 radələrində müştərini götürmüş, onu Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində düşürtmüş, həmin vaxt ona məxsus avtomaşının qabaq sol qapısına Honda markalı, ** HT *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının idarə edən şəxs sürtmüşdür. O, həmin vaxt avtomaşından düşən zaman avtomaşını idarə edən şəxs də avtomaşından yerə düşmüşdür. Həmin vaxt o, ona günahın onda olduğunu deyən zaman həmin şəxs günahı onda görmüş, buna görə aralarında mübahisə olmuş, həmin şəxs onun ünvanına nalayiq söyüşlər söymüş, sonra isə təpiklə onun arxa nahiyəsindən vurmuşdur. Hal-hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs heç bir şikayət və tələbi yoxdur. Aralarında barışıq olmuşdur. Onun barəsində olan inzibati materialın icrasına xitam verilməsini xahiş edir. İş materiallarından görünür ki, 27 aprel 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PBnin təhqiqatçısı, polis mayoru X7 tərəfindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 1-ci PB-nə, X4, Şəxs məxsus qeyd olunan avtomaşınlar yol nəqliyyat hadisəsi törətdiyindən həmin hadisəyə hüquqi qiymət verilməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 680 saylı rəyindən görünür ki, X3 bədəni üzərində “sağ sağrı nahiyənin qançırı” xəsarəti vardır. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 aprel 2024-cü il tarixdə saat 15:50-də inzibati qaydada tutulmuş, 29 aprel 2024-cü il tarixdə saat 15:50-də azad edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən İXM-nin 157 maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-903/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-903/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver