Məhkəmə qərarları › İş №3(060)-904/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-904/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-904/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Müdafiəçi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru-X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X4 tərəfindən 19.03.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4395/2020 saylı, 20.10.2020ci il tarixli icra sənədinə əsasən yığılmış borcu üzürsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi Əlcəfər Hacızadə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 19.03.2021-ci il tarixli MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, 19.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, X5 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, bina 2-nin qarşısında mülki axtarışda olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman onların qanuni tələblərinə tabe olmamışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsindən və Sumqayıt ŞPİ-nin 2-ci PB-dən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 19 mart 2021-ci il tarixli MN seriyalı ******* №li və yenə həmin məcəllənin 535.1-ci maddəsi ilə 19 mart 2020-ci tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 903/2021 və 3(060)-904/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-903/2021 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 19 mart 2021-ci il tarixli MN seriyalı ******* №li və yenə həmin məcəllənin 535.1-ci maddəsi ilə 19 mart 2020-ci tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-903/2021 və 3(060)-904/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-903/2021 nömrəsi ilə birləşdirilsin. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar