Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-904/2022 20.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin inzibati xəta haqqında iş üzrə 09 sentyabr 2021-ci il tarixli MN ******* №li qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən tərtib edilmiş 09 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 09.09.2021-ci il tarixli, MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" qərarı əsasında İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul olunmuş 09.09.2021-ci il tarixli, MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" Qərarını qanunsuz və əsassız hesab edir. İlk öncə onu qeyd edir ki, o, Sumqayıt şəhəri, Bakı küçəsi, "Sülh Plaza", 703 nömrəli otaqda yerləşən "xxxx" MMC-də könüllü təcrübəçi kimi fəaliyyət göstərmişdir. Sözügedən otaqda 1 nəfər direktor və iki nəfər təcrübəçi olmaqla 3 nəfər işləmişlər. Polis əməkdaşlarının otağa girdiyi zaman həmin ofisdə sadəcə iki nəfər o və digər könüllü təcrübəçi var idi. 09.09.2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Bölməsinin əməkdaşları "Sülh Plaza" iş mərkəzində karantin rejimi ilə əlaqədar olaraq reyd keçirirdilər. Bu zaman polis əməkdaşları onların işlədikləri ofisə daxil olaraq onları cərimələmiş və inzibati xəta haqqmda protokol tərtib etmişlər. O, polis əməkdaşlarına bu ofisdə vətəndaşlara və müştərilərə xidmət göstərilmədiyini, buna görə də onlar üçün tibbi maskadan istifadə etmək zəruriyyətinin olmadığını bildirsə də, bunun hər hansı nəticəsi olmamış və barəsində inzibati xəta haqqında icraat başlanmışdır. Onlar həmin ofisdə fəaliyyət istiqaməti yeni açılacaq "xxxx" veb saytı lahiyəsi üzərində işləməkdən ibarətdir. Belə ki, onlar ofisdə "xxxx" veb saytının açılması ilə bağlı texniki məsələlərlə və həmin veb saytına yerləşdiriləcək məqalələrin hazırlanması ilə məşğuluqdur. Sözügedən ofisdə hər hansı vətəndaş qəbulundan və vətəndaşa həmin ofisdə hər hansı xidmətin göstərilməsindən söhbət gedə bilməz. Yəni həmin ofis açıq sahəli deyil, qapalı sahəli ofisdir. Belə ki, açıq sahəli ofis dedikdə tez-tez vətəndaşlarla ünsiyyət tələb edən fəaliyyətlər və ya nisbətən az konscntrasiyaya ehtiyac duyulan gündəlik işlər üçün uyğun olan iş sahəsi nəzərdə tutulur. Lakin qapalı sahəli ofis dedikdə isə işçilər arası daxili ünsiyyətin ön planda olduğu, vətəndaşların qəbulunun həyata keçirilmədiyi və ya vətəndaşlara hər hansı xidmətin göstərilmədiyi, yüksək səviyyədə konsentrasiya tələb edən işlərin görüldüyü qapalı iş sahəsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli "Xüsusi karantin rejimində tənəffüs yollarmı qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" Qərarı hansı hallarda və hansı məkanlarda tibbi maskadan istifadə edilməsi qaydalarını müəyyən edir. Həmin Qərara əsasən, aşağıda qeyd edilən hallarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: Nazirlər Kabinetinm qeyd edilən Qərarı sadəcə açıq sahəli ofislərdə maska taxmaq zəruriyyətini qeyd edir. Həmin Qərar qapalı sahəli ofislər üçün tibbi maskadan istifadə ilə bağlı hər hansı məhdudiyyət qoymamışdır. Qapalı sahəli ofislər üçün karantin rejimi ilə bağlı qoyulan yeganə tələb işçilərin "Covid-19" vaksin pasportunun olmasıdır. Onların hər ikisinin vaksin parportları vardır və bu pasportları biz polis əməkdaşlarma göstərmişlər. Eyni zamanda Nazirlər Kabinetinin həmin Qərarında qeyd edilir ki, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində maska taxmaq zəruriyyəti vardır. Sözügedən normadan belə aydın olur ki, hüquqi şəxsə məxsus binaların müştərilərə və vətəndaşlara xidmət göstərilməyən sahələrində maska taxmaq kimi hər hansı bir tələb yoxdur. Bu onu deməyə əsas verir ki, "Sülh Plaza" iş mərkəzinm daxilində (koridor, lift, pilləkən, sanitariya qovşağı və s.) və müştərilərə xidmət göstərilən ofislərində tibbi maskadan istifadə etmək zəruri olsa da, həmin iş mərkəzinin vətəndaşların (müştərilərin) qəbulunun həyata keçirilmədiyi ofislərində tibbi maskadan istifadə etməmək hər hansı inzibati məsuliyyətə səbəb olmur. Göründüyü kimi Polis əməkdaşları inzibati məsuliyyəti müəyyən edən Nazirlər Kabinetinin qeyd edilən qərarını düzgün tətbiq etməmiş, bununla qanunsuz və əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarm surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqmda iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd edir ki, mübahisələndirilən qərar ona 05 aprel 2022-ci il tarixdə təqdim edilmişdir. Buna görə həmin qərarı məhkəmədə mübahisələndirmək üçün qanunvercilikdə nəzərdə tutulmuş 10 günlük müddət tərəfindən ötürülməmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 11.04.2022ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 20 aprel 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətə uyğun izahat verərək barəsindəki 09 sentyabr 2021-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X4 barəsində 09 sentyabr 2021-ci il tarixdə MN № ******* saylı protokol tərtib olunmuş və həmin protokola əsasən 09 sentyabr 2021-ci il tarixdə MN № ******* saylı qərar qəbul edilərək X4 barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100,00 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X2 İXM-nin 211.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X4 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinə X4 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol və sair) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən bölmə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin X4 barəsindəki inzibati xəta haqqında 09 sentyabr 2021-ci il tarixli MN ******* №li qərarı ləğv edilsin. Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-904/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-904/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver