Məhkəmə qərarları › İş №3(060)-906/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-906/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-906/2022 11.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, evli, ali təhsilli, "xxxx" MMC-də baş direktor vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 11 aprel 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, İcra sənədi 15.07.2019-cu il tarixdə İcra idarəsinə daxil olmuş, tərəflər bununla bağlı məlumatlandırılmış və borcluya qərar və bildiriş təqdim olunmuşdur. Bu günə qədər boclu 25.000,00 manat pul ödəmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol və materiallar 11.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)-229/2019 saylı, 03.05.2019-cu il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 45.176,67 avro ödəniş günündə Mərkəzi Bankın valyuta məzənnəsinə uyğun olaraq manatla ödənilməli və 23.225,02 manat məbləğində pul vəsaiti tutularaq icra səndi üzrə tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Borclu bu günə qədər 25.000,00 manat ödəmişdir. Sonuncu dəfə 11.02.2022-ci il tarixdə 5.000,00 manat qalıq borcdan ödəniş etmişdir. Qeyd olunanlara əsasən borclu barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)-229/2019 saylı, 03.05.2019-cu il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 45.176,67 avro ödəniş günündə Mərkəzi Bankın valyuta məzənnəsinə uyğun olaraq manatla ödənilməli və 23.225,02 manat məbləğində pul vəsaiti tutularaq icra səndi üzrə tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İcra sənədi üzrə qeyd olunan borcdan 25.000,00 manat ödənilməsindən məlumatı olmamışdır. Lakin buna baxmayaraq icra sənədi üzrə borclunun ödənilməyən qalıq borcu var və qalıq borcun ödənilməsi tələb edilir. Qeyd olunanlar nəzərə alınaraq borclu Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" MMC-nin baş direktoru Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)- 229/2019 saylı, 03.05.2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan 45.176,67 avro ödəniş günündə Mərkəzi Bankın valyuta məzənnəsinə uyğun olaraq manatla ödənilməli və 23.225,02 manat məbləğində pul vəsaiti tutularaq icra səndi üzrə tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. O, bu günə qədər borcundan 25.000,00 manat ödəmişdir. Sonuncu dəfə 11.02.2022-ci il tarixdə 5.000,00 manat qalıq borcdan ödəniş etmişdir. Qısa müddət ərzində borcunun tam şəkildə ödəyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin, icra sənədi üzrə tələbkarın nümayəndəsin və protokolu tərtib edmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs MMC-nin hüsabına 11.02.2022-ci il tarixdə 5.000,00 manat ödənilmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar