Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-906/2024 01.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, Zərərçəkmiş şəxs – X3, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl dərə bağları, fərdi yaşayış evində yaşayan Şəxsnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388- 1.1.1-ci maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Tik-Tok sosial şəbəkəsində paylaşılması qanunla qadağan olunan yalan informasiyanı Nuranə Ağayeva barəsində paylaşmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidov bildirdi ki, Şəxs Tik-Tok sosial şəbəkəsində paylaşılması qanunla qadağan olunan yalan informasiyanı Nuranə Ağayeva barəsində paylaşmışdır. Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən 27 mart 2024cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti 5-ci PB-nə təqdim edilmişdir. Qeyd olunan faktla bağlı təhqiqat qərarı əsasında Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Rasim adlı şəxslə kafedə iş məqsədi ilə tanış olaraq onunla yazışmış, daha sonra ondan ayrılmışdır. Cəmil onun keçmiş həyat yoldaşıdır. Onunla ayrıldıqdan sonra Cəmil ona məxsus qızıl əşyaları mənimsəmiş, ona şər atmışdır. Cəmil ona aliment ödəmir, azyaşlı övladına tək baxır. Əsəbi olduğundan bu əməli törətmişdir, lakin həmin sosial şəbəkə hesablarını o açmamışdır. Məhkəmədən barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi X4 ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, X5 ilə ailə həyatı qurmuşdur. Cəmil ondan əvvəl Quliyeva Göyçək ilqar qızı ilə ailəli olmuşdur. 2023-cü ilin avqust ayında müxtəlif mobil nömrələrdən tanımadıqları şəxslər Cəmilin istifadəsində olan 077 ***-**-** nömrəsinə zəng vuraraq, mobil nömrəsini internetdə «TikTok» sosial şəbəkəsindən götürdüklərini və həmin səhifədə bir qadın şəkli qoyularaq, əxlaqsızlıqla məşğul olması qeyd olunduğunu bildirmişlər. Həmin səhifəyə baxan zaman onun fotoşəklinin yerləşdirildiyini və müxtəlif şəxslərlə pul müqabilində görüşməyi barədə elan yazıldığını, əlaqə nömrəsi kimi isə Cəmilin istifadəsində olan 077 ***-**-** saylı mobil nömrənin göstərildiyini görmüşlər. Həmin səhifənin Göyçək tərəfindən açıldığını bilib, bu barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-yə şikayət etmişlər. Belə ki, profildə olan onun fotoşəklini xx.xx.2023-cü il tarixdə qaynanası X2 öz «Whatsap» statusunda paylaşmış və bunu Göyçəyin dayısı arvadı Həqiqət görmüşdür. Cəmil bu barədə Həqiqətlə danışan zaman bildirmiş ki, onu tanımadığı üçün fotoşəklini qaynanasının «Whatsap» statusundan götürüb, kim olmasını öyrənmək məqsədilə Göyçəyə göndərmişdir. Onu da qeyd etmişdir ki, Cəmillə ailə həyatı qurduğu üçün Göyçək qəsdən onları internetdə biabır etmək üçün bu formada təhqir etmişdir. xx.xx.2024-cü il tarixdən yenə müxtəlif şəxslər Cəmilin 077 ***- **-** və qaynanası Əlmarənin 055 ***-**-** nömrələrinə mesajlar yazaraq, «TikTok» sosial şəbəkəsindən götürdüklərini bildirmişlər. Onlar «TikTok» sosial şəbəkəsinə baxan zaman eyni qaydada onun həmin fotoşəklinin səhifələrdə yerləşdirildiyini, həmçinin Cəmillə qaynanasının mobil nömrələrinin yazıldığını və onun pul müqabilində görüşdüyü yazıldığını görmüşlər. Bu barədə Göyçəyin anasına zəng edib bildirən zaman o da yaxşı etdiklərini bildirmişdir. Məhkəmədən inzibati xətanı törətmiş şəxs barəsində ən ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X6 bildirmişdir ki, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən «Böyük Həyat» kafesində ofisant işləyir. 2024-cü ilin fevral ayında əvvəllər tanımadığı, sonradan adının Göyçək olduğunu bildiyi qadın azyaşlı uşağı ilə müştəri kimi işlədiyi kafeyə gəlmişdi. Onlara qulluq etmiş və Göyçək ondan kafedə onun üçün iş olub- olmadığını soruşmuşdu. O da hazırda işçiyə tələb olmadığını bildirmiş və onlar bir-birinin nömrəsini götürmüşlər ki, iş olsa ona xəbər etsin. Göyçəyin mobil nömrəsi 070 533-96-23-dür. Göyçək həyat yoldaşından boşandığını, 1 uşaqla valideynlərinin evində qaldığını və heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntılar çəkdiyini bildirmişdi. Bundan 1-2 gün sonra Göyçək ona mesaj yazaraq, uşağına fotosessiya etdirmək üçün ona 30 manat pul lazım olduğunu, həmçinin gizlin işlətmək üçün ona mobil nömrə almasını istəmişdi. O da 2 manata öz adına 077 ***-**-** nömrəsini alaraq, həmin gün Sumqayıt şəhəri ərazisində kafelərin birində Göyçəklə görüşmüş və orada ona 6 manat pul və həmin mobil nömrəni vermişdir. Bundan sonra Göyçəklə görüşməmiş və danışmamışdır, iki gün bundan əvvəl Göyçək onun iş yerinə gələrək bildirmiş ki, ona verdiyi 077 ***-**-** nömrəsi ilə keçmiş həyat yoldaşına anonim mesajlar yazmış və buna görə də ondan polisə şikayət etmişdir. Buna görə də ondan xahiş etmiş ki, polis əməkdaşları onu izahat vermək üçün dəvət edən zaman Göyçəyi tanımadığını, onun keçmiş həyat yoldaşının mobil nömrəsini «TikTok»-dan götürdüyünü və həmin mesajları özü yazdığını bildirsin. Lakin o, Göyçəyə polisə yalan məlumat verməyəcəyini bildirmişdir. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şəxs tərəfindən X8 barəsində yayılması qanunla qadağan edilən informasiyanın paylaşılması özünün qismən ifadəsi və işdə olan digər sənədlərlə təsdiqini tapır. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən 27 mart 2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti 5-ci PB-nə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 13-2.3.9-cu maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yerləşdirilməsinə yol verməməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-906/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-906/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver