Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-907/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisləri R.Hüseynovun, X3, X10 və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxslər X6, X7 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər məhkəməsinin icraatına Şəxs oğlunun AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 mart 2021-ci il tarixli, MN ******* saylı, 19.03.2021-ci il tarixli, MN ******* saylı, 19.03.2021-ci il tarixli, MN ******* saylı və 19.03.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar daxil olmuşdur. Ona görə ki 04.01.2021-ci il tarixdə, gecə saatlarında Şəxs ünvan 2 ünvanında yaşayan vət. X5 yaşadığı ünvanın həyətində “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşının 300(üç yüz) manat dəyərində olan ehtiyyat təkərini, avtomaşına aid alətləri oğurlamışdır. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.Həmçinin Şəxs 19.01.2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X1 içərisində 65 manat pul olan pul kisəsini oğurlamışdır. Daha sonra Şəxs oğlu ünvan 4 ünvanında yaşayan vət. X6 yaşadığı ünvanın qarşısında saxladığı “VAZ 2107” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomaşının 100( yüz) manat dəyərində olan akumlyatoru oğurlamışdır. Bundan başqa Şəxs oğlu Sumqayıt şəhəri, 45-ci məhəllə, 9/12 ünvanında yaşayan vət. X7 yaşadığı ünvanın qarşısında saxladığı “Mitsubishi Outlander” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol yan şüşəsini sındırmaqla salona daxil olub oradan içərisində 5 manat pul və ona məxsus olan 20 manat dəyərində əl çantasını oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-907/2021 3(060)-908/2021, 3(060)-909/2020 və 3(060)-910/2020 №li iş bir icraatda 3(060)-907/2021 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər X2 və X11 gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəmüvafiq hesab edir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi R.Hüseynov tərtib etdiyi protokola uyğun izahat verərək, Şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə, 9/12 ünvanında yaşayan vət. X7 yaşadığı ünvanın qarşısında saxladığı “Mitsubishi Outlander” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol yan şüşəsini sındırmaqla salona daxil olub oradan içərisində 5 manat pul və ona məxsus olan 20 manat dəyərində əl çantasını oğurlamışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X8 tərtib etdiyi protokola uyğun izahat verərək, Şəxs oğlu ünvan 4 ünvanında yaşayan vət. X6 yaşadığı ünvanın qarşısında saxladığı “VAZ 2107” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomaşının 100( yüz) manat dəyərində olan akumlyatoru oğurlamışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X15 tərtib etdiyi protokola uyğun izahat verərək, Şəxs 19.01.2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X1 içərisində 65 manat pul olan pul kisəsini oğurlamışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X12 tərtib etdiyi protokola uyğun izahat verərək, Şəxs ünvan 2 ünvanında yaşayan vət. X5 yaşadığı ünvanın həyətində “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşının 300(üç yüz) manat dəyərində olan ehtiyyat təkərini, avtomaşına aid alətləri oğurlamışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, 04.01.2021-ci il tarixdə, gecə saatlarında Şəxs ünvan 2 ünvanında yaşayan vət. X5 yaşadığı ünvanın həyətində “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşının 300(üç yüz) manat dəyərində olan ehtiyyat təkərini, avtomaşına aid alətləri oğurladığını, 19.01.2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X1 içərisində 65 manat pul olan pul kisəsini oğurladığını, ünvan 4 ünvanında yaşayan vət. X6 yaşadığı ünvanın qarşısında saxladığı “VAZ 2107” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomaşının 100( yüz) manat dəyərində olan akumlyatoru oğurladığını, Sumqayıt şəhəri, 45-ci məhəllə, 9/12 ünvanında yaşayan vət. X7 yaşadığı ünvanın qarşısında saxladığı “Mitsubishi Outlander” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol yan şüşəsini sındırmaqla salona daxil olub oradan içərisində 5 manat pul və ona məxsus olan 20 manat dəyərində əl çantasını oğurladığını və əməlindən peşman olduğunu və ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X13 izahat verərək bildirdi ki, Şəxs oğlu tərəfindən ona məxsus olan “VAZ 2107” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomaşından 100( yüz) manat dəyərində olan akumlyatoru oğurlamışdır. Ona dəymiş maddi ziyanın ödənilmədiyini və barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs oğlundan şikayətçi olduğunu və buna görə də onun barəsində inzibati tenbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X14 izahat verərək bildirdi ki, Şəxs oğlu tərəfindən ona məxsus olan ““Mitsubishi Outlander” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol yan şüşəsini sındırmaqla salona daxil olub oradan içərisində 5 manat pul və ona məxsus olan 20 manat dəyərində əl çantasını oğurlamışdır. Ona dəymiş maddi ziyanın ödənilmədiyini və barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs oğlundan şikayətçi olduğunu və buna görə də onun barəsində inzibati tenbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs oğluna yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsləri və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan zərərçəkmiş şəxslər X13 və X14 tərəfindən verilmiş ərizələrdən görünür ki, Şəxs oğlu tərəfindən onlara dəymiş maddi ziyan ödənilməmişdir və şikayətçidilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki,Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l dı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 19 mart 2021-ci il tarixdən, saat 18.00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Müdafiəçi Vəkil göstərdiyi 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-907/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-907/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver