Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-907/2024 21.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində 24 aprel 2024-cü il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-da vət.Şəxs İbrahimovVaqif Oruc oğluna məxsus ünvan 2 ünvanında yerləşən evin qapısının cəftəsini və pəncərə şüşəsini sındıraraq sonuncuya 600 (altı yüz) manat maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, X3 və X1 ilə ******* nömrəli çıxarış əsasında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 1-ci məhəllə 19 ünvanında 0.06 ha. torpaq sahələri vardır, çıxarışda hər üçünün adları göstərilsə də həmin torpaq sahəsinin içərisində olan mülk tam olaraq şəriki Əhmədə aiddir. Əhməd həmin torpaq sahəsinin nəzarətini ona həvalə etmişdir. Bir gün Vaqif ona zəng edərək həyətin giriş darvazasının açarını ondan istəmiş, o, etiraz edərək verməmişdir. Daha sonra o, mülk olan torpaq sahəsinə baxmaq üçün gedərkən Vaqifin içəridə təmir tikinti işləri apardığını görmüş, bunu görüb əsəbləşmiş və tikilinin ön və böyür hissəsində olan şüşələri sındırmışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirmişdir ki, yalnız dəymiş zərəri tələb edir, başqa heç bir tələbi yoxdur. Zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs ona vurduğu ziyanı ödədiyinə görə onun haqqında açılmış 907 nömrəli inzibati işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inizbati xəta haqqında protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xətaya dair iş materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 26 fevral 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, vət.Şəxs Kəmaləddin oğlunun Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan (əmlakı qəsdən məhv etmə və ya zədələmə) inzibati xətasının tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tənbeh tədbirləri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİnin 2-ci PB-nə həvalə edilmiş, vət.Şəxs Kəmaləddin oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, vət.Şəxs Kəmaləddin oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-907/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-907/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver