Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-910/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili- Vəkil, Zərərçəkmiş şəxslər X5 və X6, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisləri R.Hüseynzadənin, X2, X9 və X4 iştirakları ilə, Şəxs. xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Sumqayıt ŞPİ-nin 3-cü PB-dən 19.03.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, o, 07.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə 9/12 saylı binanın qarşısında saxlamış plduğu “Mitsubishi Outlander” markalı **-HB-*** nömrəli avtomaşının sol şüşəsini sındıraraq oradan 5 manat pul və çantadan 20 manat pul oğurlamışdır. Bundan başqa, Şəxs barəsində Sumqayıt ŞPİ-nin 3-cü PB-dən 19.03.2021-ci il tarixdə MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, 04.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda X7 məxsus “Vaz 2107” markalı avtomobilin akumlyatorunu oğurlamışdır. Bundan başqa, Şəxs barəsində Sumqayıt ŞPİ-nin 3-ci PB-dən 19.03.2021-ci il tarixdə MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, 19.01.2021-ci il tarixdə 7 A saylı marşrutda X1 məxsus pul kisəsini oğurlamışdır. Bundan başqa, Şəxs barəsində Sumqayıt ŞPİ-nin 3-ci PB-dən 19.03.2021-ci il tarixdə MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, 04.01.2021-ci il tarixdə 4-cü mikrorayon ərazisində “Vaz 21074” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən 1 ədəd təkər və avtomobilə dair ləvazimatları oğurlamışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-dən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 19.03.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 19.03.2021-ci il tarixdə MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 19.03.2021-ci il tarixdə MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 19.03.2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-907/2021, 3(060)-908/2021, 3(060)-909/2021 və 3(060)- 910/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-907/2021 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 19.03.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 19.03.2021-ci il tarixdə MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 19.03.2021-ci il tarixdə MN seriyalı ******* №li və yenə həmin Məcəllənin 227-ci maddəsi ilə 19.03.2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 907/2021, 3(060)-908/2021, 3(060)-909/2021 və 3(060)-910/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-907/2021 nömrəsi ilə birləşdirilsin. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-910/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-910/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver