Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-911/2024 21.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs İbrahimov Zaur İsmayıl oğlunun iştirakı ilə Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli EQ 20651531 saylı qərardan X3 İsmayıl oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 İsmayıl oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 20651531 saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilərək icrasına xitam verilməsini xahiş etmişdir. İbrahimov Zaur İsmayıl oğlu ərizəsini onunla əsaslandırmışdır ki, 19 Aprel 2024-cü il tarixdə ona məxsus **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə R6 yolunda R7 yolu (H.Z.Tağıyev qəsəbəsi) istiqamətində hərəkətdə olduğu zaman qarşı hərəkət zolağı ilə hərəkət edən Yol Patrul Xidməti avtomobili tərəfindən ona “EQ 20651531” nömrəli X4 (İXP) tərtib edilmişdir. Ona elektron poçt vasitəsilə göndərilmiş qərarın qüvvəyə minməyi haqqında məlumat bu ərizəyə “Qoşma 1” olaraq əlavə edilir. İnzibati Xəta haqqında iş üzrə qərar bu ərizəyə “Qoşma 2” olaraq əlavə edilir. “Asanpay” elektron sistemində X4 (İXP) məlumatları aşağıdakı kimidir: inzibati xətanın törədildiyi tarix: xx.xx.2024; İnzibati xətanın törədildiyi yer: Abşeron, Seymur (Ceyranbatan), 8a GPS: 40.5103,49.626; Protokolun tərtib edilmə tarixi: xx.xx.2024; Qərarın tarixi: xx.xx.2024 Qərarın nömrəsi: - Kabinetə yerləşdirmə tarixi: xx.xx.2024 Poçta göndərilmə tarixi: -; Sms göndərilmə tarixi: xx.xx.2024; Sms çatdırılma tarixi: xx.xx.2024; İXM Maddəsi: 328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 кт/saat həddində aşmağa görə - 328.2.-ci. Cərimə məlumatları: Tətbiq olumuş cərimə balı: 2 Bal Cərimə məbləği: 50.00 AZN. Asanpay elektron sistemində İXPyə əlavə edilmiş sənədlər (3 foto: Şəkil 1, Şəkil 2 və Şəkil 3; 1 video: video bu ərizəyə əlavə edilməyib). Şəkillərlə göstərilmiş sübutlardan da aydın göründüyü kimi, yolda ümumiyyətlə “60” km/saat sürət məhdudlaşdırıcı nişan quraşdırılmayıb. Quraşdırılmış 3.24 yol nişanı (“50”) isə müvafiq 3.25 yol nişanının quraşdırılması ilə qüvvədən düşüb. Bütün bunları nəzərə alaraq barəsində tərtib edilmiş EQ 20651531 nömrəli İnzibati Xəta haqqında iş üzrə protokolun qərarını ləğv edərək icrasına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs İbrahimov Zaur İsmayıl oğlu bildirdi ki, həmin yol hər gün gəlib getdiyi yoldur. Həmin yol kənar yoldur və orada sürət həddi 90 km/saatdır. Lakin həmin yolda bir hissə vardır, “yaşıl şəhərcik” adlanır. Orada piyada keçidi olduğundan keçiddən bir az əvvəl sürət həddi 50 km/saat nişanı, ondan sonra isə 50 km/saat nişanının ləğvi nişanı qoyulmuşdur. Cərimə isə ona 50 km/saat nişanının ləğvi nişanını keçdikdən sonrakı yolda tətbiq olunmuşdur. Məhkəmədən şikayətin təmin edilməsini, xx.xx.2024-cü il tarixli EQ 20651531 saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli EQ 20651531 saylı qərara əsasən İbrahimov Zaur İsmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş diskdəki videogörüntülərdən və fotoşəkillərdən görünür ki, yolun gediş və gəliş hissəsidir. Yolun kənarında sürət həddinin 50 km/saat olmasını göstərən yol nişanı (3.24), ondan sonra piyada keçidi olmasını göstərən yol nişanı (1.14.1), daha sonra 50 km/saat sürət həddinin ləğvini göstərən yol nişanı vardır. Həmçinin iş materialarına əlavə edilmiş fotoşəkillərin surətindən görünür ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi yer 50 km/saat sürət həddinin ləğvini göstərən yol nişanından sonrakı yoldur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən “Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mercedes Benz C180 minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə protokol tərtib edildiyi ərazidə sürət həddinin 60 km/saat olmasını göstərən hər hansı yol nişanı və nizamlayıcı müəyyən edilməmiş, şikayət verən şəxsin qeyd etdiyi hallarla işin faktiki halları üst-üstə düşmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, İbrahimov Zaur İsmayıl oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024cü il tarixli EQ 20651531 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İbrahimov Zaur İsmayıl oğlunun şikayəti qismən təmin edilsin. Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli EQ 20651531 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-911/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-911/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver