Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-917/2024 03.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1972-ci ildə Beyləqan ray., Mil qəsəbəsindı anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Natiq Şəfiyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 686/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 1200 manat cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Protokolu tərtib etmiş icra məmuru Natiq Şəfiyev tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)-686/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 1200 manat cərimə edilmişdir. Həmin qərar 09 aprel 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın könüllü icrası barədə bildiriş və qərar borcluya xx.xx.2024-cü il tarixdə şəxsən təqdim edilmişdir. Buna baxmayaraq borclu icra sənədi üzrə cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Belə ki, tərəfindən qanunla nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş və icra sənədinin icraatda olmasını bilməsinə baxmayaraq Şəxs məhkəmə qərarının icrasından üzrlü səbəb olmadan yayınmışdır. Qeyd olunanlara əsasən qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-686/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 1200 manat cərimə edilmiş, həmin qərar 09 aprel 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Bu səbəbdən hazırkı protokolu əsassız sayır. Belə ki, İXM-nin 529.2-ci maddəsinin tələblərinə görə o, sözügedən qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi halda barəsində protokol tərtib oluna bilərdi. Hal-hazırda isə həmin müddət 24 gün təşkil edir. Ona görə də hesab edir ki, barəsində tərtib edilmiş protokol əsassızdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında mövcud olan və məhkəmə icclasında tədqiq edilən sənədlərdən görünür ki: Sumqayıt şəhər Məhkəməsinin 3(060)-686/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmiş, həmin qərar 09 aprel 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan bildirişdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona xx.xx.2024-cü il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 529.2-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta hadisəsi baş verməmişdir, bu səbəbdən sonuncu barəsində İXM-nin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 529.2-ci maddəsinin tələblərinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, Şəxs barəsində İXM-nin 529.2-ci maddəsi ilə protokol tərtib edilməsi üçün əsasən Sumqayıt şəhər Məhkəməsinin 3(060)-686/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı olmuşdur. İcra vərəqəsindən görünür ki, həmin Qərar 09 aprel 2024-cü il tarixdə qanuni qüvvəsinə almışdır. Belə olan halda İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün Şəxs 09 aprel 2024-cü il tarixdən sonrakı 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan 1200 manat cəriməni ödəməli deyildi. Lakin hazırkı işdən görünür ki, icra məmuru 25 günün bitməsini gözləmədən (son müddət 04 may 2024-cü il tarixdir), qanuvericiliklə müəyyən edilmiş 25 günün bitməsinə 01 (bir) gün qalmış yəni 24-cü gün inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə bu müddəti bir növ qanunverici tərəfindən barəsində protokol tərtib edilmiş şəxsə verilən könüllü icra müddəti kimi qiymətləndirir və indiki halda hesab edir ki, qanunla cərimənin icra edilməsi üçün müəyyən edilmiş 25 günlük könüllü icra müddəti bitmədən, yəni icra məmuru bu müddətin yekunlaşmasını gözləmədən Şəxs barəsində qanunsuz olaraq İXM-nin 529.2-ci maddəsinə əsasən protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. İXM-nin 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 529.2-ci maddəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəninin baş verməməsi əsası ilə xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin baş verməməsi əsası ilə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-917/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-917/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver