Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-917/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, X1 Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin xx.xx.2025-ci il tarixli İXP6997663 nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin xx.xx.2025ci il tarixli İXP6997663 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, X3 şikayətində barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməsini bildirsə də, müəyyən edilmişdir ki, iş üzrə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməmiş, X3 barəsində Sumqayıt ŞPİ-nin X5 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP6997663 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və hazırda məhkəmənin icraatındadır. İş № 3(060)-824/2025. Göründüyü kimi indiki halda inzibati tənbeh tətbiq etmə barədə qərar mövcud deyil, X3 barəsində yalnız inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İXM-in 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan aktlar siyahısına aid olmamasını və inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun İXM-də nəzərdə tutulmamasını nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Həmçinin müəyyyən edilmişdir ki, X1 barəsində Azərbaycan Respublikası İXM-in 333- 1.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Bu baxımdan şikayətçiyə həmçinin izah edilməlidir ki, qeyd edilən işə baxılarkən iş üzrə etiraz və mülahizələrini məhkəməyə təqdim edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsi ilə barəsində tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə məhkəmədə baxılarkən etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququnun olması şikayətçi X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-917/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-917/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver