Məhkəmə qərarları › İş №3(060)-918/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-918/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-918/2024 03.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1960-cı ildə Qazax rayonu, Eynallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1578/2023 saylı icra sənədini icra etməkdən üzrsüz səbəbdən yayınır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(001)-1578/2023 saylı icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, 1F saylı evin elektrik enerjisi, su və təbii qazla təmin edilməsi üçün müvafiq olaraq "xxxx" ASC-yə, "xxxx" ASC-yə və “Azəriqaz” İB-yə müraciət edərək texniki şərtin alınması və texniki şərtin bütün bəndlərinin icra edilməsi vəzifəsi Şəxs həvalə edilmiş, həmçinin Şəxs dövlət rüsumuna görə 100 manat Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədi 06 iyul 2023-cü ildə verilmiş, xx.xx.2024-cü ildə icraata başlamaq haqqında qərar qəbul olunmuş, xx.xx.2023cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Aradan keçən 10 ay müddət ərzində icra sənədində göstərilən tələblərdən heç biri icra edilməmiş və icra edilməsi üçün borclu tərəfindən addımlar atılmamışdır. Yalnız, 2023-cü ilin dekabr ayında "xxxx" ASC və “Azəriqaz” İB tərəfindən verilmiş cavablar icra idarəsinə təqdim edilmişdir. Həmin məktublardan da görünür ki, qeyd edilən qurumlardan "xxxx" ASC texniki şərtin əldə edilməsinə görə, “Azəriqaz” İB isə lisenziyası olan podratçı qaz təşkilatına müraciətlə əlaqədar Şəxs müraciətlərini təmin etməmişdir. "xxxx" ASC-yə isə “ASAN Kommunal” vasitəsi ilə müraciət etmiş, müraciəti aidiyyəti üzrə "xxxx" ASC-yə göndərilmiş, lakin müraciətin nəticəsi barədə hər hansı sənəd əldə edilərək icraya təqdim edilməmişdir. Həmin vaxtdan indiyə kimi aradan keçən beş aydan artıq müddətdə borclu nə texniki şərt almamış, nə də podratçı qaz təşkilatına müraciət etməmişdir. Həmçinin həmin vaxtdan indiyə kimi icra idarəsinə gəlməkdən də yayınmışdır. İcra idarəsinə dəvətlə bağlı dəfələrlə telefonuna zəng edilsə də telefon zənglərinə cavab verməmişdir. Yalnız bu gün barəsində olan məcburi gətirmə qərarına görə icraya gəldiyini bildirmişdir. İşin hallarından da görünür ki, borclu icra tələbini icra etməkdən qərəzli olaraq yayınır, 10 ay müddət ərzində icraya yalnız üç təşilatın məktubunu verməklə kifayətlənmiş, icra tələbinin yerinə yetirilməsi üçün həmin məktublarda qeyd edilən növbəti addımları atmamışdır. Hazırda da icra sənədinin icrası istiqamətində heç bir addım atmır. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o məhkəmə qərarının icrasından yayınmır. İcra tələbinin icrasının təmin edilməsi üçün aidiyyəti qurumlara müraciətlər edilmiş və 2023-cü ilin dekabr ayında cavablar alınmışdır. Həmin məktublar icra idarəsinə də təqdim edilmişdir. Lakin, "xxxx" ASC və “Azəriqaz” İB-nin cavab məktublarında qeyd edilən sənədlərin əldə edilməsi üçün növbəti hərəkətləri indiyə kimi edə bilməmişdir, bu istiqamətdə çalışır. Həmçinin bildirmişdir ki, o icra idarəsinə gəlməkdən yayınmamışdır. İki dəfə icra idarəsində olmuşdur, lakin icra məmurunu tapa bilməmişdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu icra tələbinin icrasından qərəzli olaraq yayınır, nəticədə onun hüquq və mənafeləri pozulmaqda davam edir. O, ödəniş edərək mənzil almış, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilində heç bir kommunal xidmət olmadığı üçün ayrı yerdə kirayədə qalmağa məcburdur. Göstərilən halları nəzərə alaraq borclu barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayımamış, icra məmurunun çağırışlarından yayınmamışdır, əvvəllər icra idarəsinə gəlmişdir. Məcburi gətirmə qərarı sonradan qəbul edilmişdir. Onun icraya dəvət edilməsi barədə rəsmi sənəd də mövcud deyil. O, icra sənədinin təmin edilməsi üçün bu gün də səylərini davam etdirir. Ona görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1578/2023 saylı icra sənədindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, 1F saylı evin elektrik enerjisi, su və təbii qazla təmin edilməsi üçün müvafiq olaraq "xxxx" ASC-yə, "xxxx" ASC-yə və “Azəriqaz” İB-yə müraciət edərək texniki şərtin alınması və texniki şərtin bütün bəndlərinin icra edilməsi vəzifəsi Şəxs həvalə edilmiş, həmçinin Şəxs dövlət rüsumuna görə 100 manat Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1578/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. Qərar xx.xx.2022-cü ildə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1578/2023 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. İş materiallarında olan "xxxx" ASC və “Azəriqaz” İB və “ASAN Kommunal” tərəfindən 2023-cü ilin dekabr ayında Şəxs verilmiş cavab məktublarından görünür ki, "xxxx" ASC texniki şərtin əldə edilməsinə görə, “Azəriqaz” İB isə lisenziyası olan podratçı qaz təşkilatına müraciətlə əlaqədar Şəxs müraciətlərini təmin etməmişdir. "xxxx" ASC-yə isə “ASAN Kommunal” vasitəsi ilə olan müraciət aidiyyəti üzrə "xxxx" ASC-yə göndərilmişdir. İş materiallarında olan icra məmurları tərəfindən tərtib edilmiş 29 yanvar 2024-cü il tarixli aktdan görünür ki, borclu Şəxs dəfələrlə zəng edilsə də o telefon zənglərinə cavab verməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərardadından görünür ki, borclu Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1578/2023 saylı icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, 1F saylı evin elektrik enerjisi, su və təbii qazla təmin edilməsi üçün müvafiq olaraq "xxxx" ASC-yə, "xxxx" ASC-yə və “Azəriqaz” İB-yə müraciət edərək texniki şərtin alınması və texniki şərtin bütün bəndlərinin icra edilməsi vəzifəsi Şəxs həvalə edilmiş, həmçinin Şəxs dövlət rüsumuna görə 100 manat Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədi 06 iyul 2023-cü ildə verilmiş, xx.xx.2024-cü ildə icraata başlamaq haqqında qərar qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Aradan keçən 10 ay müddət ərzində icra sənədində göstərilən tələblərdən heç biri icra edilməmiş və icra edilməsi üçün borclu tərəfindən yetərli addımlar atılmamışdır. Yalnız, 2023-cü ilin dekabr ayında "xxxx" ASC və “Azəriqaz” İB tərəfindən verilmiş cavablar icra idarəsinə təqdim edilmişdir. Həmin məktublardan da görünür ki, qeyd edilən qurumlardan "xxxx" ASC texniki şərtin əldə edilməsinə görə, “Azəriqaz” İB isə lisenziyası olan podratçı qaz təşkilatına müraciətlə əlaqədar Şəxs müraciətlərini təmin etməmişdir. "xxxx" ASC-yə isə “ASAN Kommunal” vasitəsi ilə müraciət etmiş, müraciəti aidiyyəti üzrə "xxxx" ASC-yə göndərilmiş, lakin müraciətin nəticəsi barədə hər hansı sənəd əldə edilərək icraya təqdim edilməmişdir. Həmin vaxtdan indiyə kimi aradan keçən beş aydan artıq müddətdə borclu nə texniki şərt almamış, nə də podratçı qaz təşkilatına müraciət etməmişdir. Həmçinin həmin vaxtdan indiyə kimi icra idarəsinə gəlməkdən də yayınmış və buna görə də məhkəmə tərəfindən barəsində məcburi gətirmə qərardadı qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək icra sənədini icra etməməsi, tələbin icra edilməsi üçün zəruri olan bütün addımları atmaması, həmçinin icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəlarinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar