Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-919/2024 03.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1594/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilmir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1594/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən **-HL-*** dövlət nömrə nişanlı, VAZ 21074 minik markalı qara metallik rəngli avtomobil, nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri 4911 (dörd min doqquz yüz on bir) manat cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmişdir. Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, izahatı alınmış, o qətnamə ilə razı olmadığını və heç bir borcunun olmadığını bildirdi. Sorğular verilmiş, lakin borclunun adına əmlak aşkar edilməmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1594/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən **-HL-*** dövlət nömrə nişanlı, VAZ 21074 minik markalı qara metallik rəngli avtomobil, nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri 4911 (dörd min doqquz yüz on bir) manat ondan alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Avtomobili almaq üçün 2500 (iki min beş yüz) manat pul vermiş, 1000 (bir min) manat isə borcundan silinmişdir. Avtomobili aldıqdan sonra bir neçə gün sonra Sumqayıt şəhərində avtomobil onun əlindən alınmışdır. O, Azərbaycan Beynalxalq Bankına müraciət etmiş və ona bildirilmişdir ki, kreditdə ödənişdə geçikmələr vardır. O, banka 960 (doqquz yüz altmış) manat ödəniş etmiş, lakin qəbzin üzərində ad, familiya və soyad yazılsa da, avtomobilin nömrəsi yazılmamışdır. Bu barədə soruşduqda ona narahat olmamasını, bir neçə günə ona etibarnamə veriləcəyini bildirmişlər, lakin avtomobili aldığı şəxs fəvat etmiş və heç bir etibarnamə verilməmişdir. Bir müddət sonra məhkəməyə çağırılmış, orada da onun borcu olmadığını bildirsə də, qətnamə çıxarılmışdır. O, qətnamə ilə razı deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1594/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən **-HL-*** dövlət nömrə nişanlı, VAZ 21074 minik markalı qara metallik rəngli avtomobil, nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri 4911 (dörd min doqquz yüz on bir) manat cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Tələbkar onun həyat yoldaşıdır. Avtomobil etibarnamə ilə bir neçə nəfərə satılmışdır. Şəxs isə 5-ci şəxsdir. Şəxs etibarnamə verilməsi üçün ona yaxınlaşmış, o, bankla əlaqə saxlamış, bankdan ona avtomobilin mülkiyyətçisi olduğunu, lakin həmin avtomobilin ödənilməyən borcu olduğunu bildirmişlər. Bundan sonra o, Şəxs avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Lakin buna baxmayaraq Şəxs avtomobili Xızı rayonunda işləyən polis əməkdaşına satmışdır. Sonradan ona mütəmadi olaraq cərimələr gəlməyə başlamış və o, bir neçə dəfə məhkəməyə müraciət etdikdən sonra məsələ öz həllini tapmışdır. Bu günədək həmin avtomobilin kreditini o ödəyir, cəmi 1000 (bir min) manat borcu qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1594/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilmir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati cərimə cəzası tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X2 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-919/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-919/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver