Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-92/2025 24.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin 03 dekabr 2022-ci il tarixli, EQ12358720 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən barəsində inzibati cərimənin tətbiqi barədə tərtib edilmiş 02 mart 2022-ci il tarixli, EQ12358720 saylı qərarı ləğv edilməsini, həmin qərar əsasında hesablanmış inzibati cərimənin silinməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 07 yanvar 2020-ci il tarixinədək Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mütəxəssisi-sürücüsü vəzifəsində işləmiş və həmin tarixdə öz xahişi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edən S.Bədəlovun xx.xx.2020-ci il tarixli, 01 saylı əmri ilə işdən azad edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mütəxəssisi-sürücüsü vəzifəsində işləyərkən ona təhkim edilmiş “Nissan-Maxima” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili müvafiq təhvil-təslim aktı əsasında 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. Lakin bir müddət əvvəl ona məlum olmuşdur ki, adı çəkilən nəqliyyat vasitəsi ilə 2021-2022-ci illər ərzində törədilmiş inzibati xətalar zamanı nəqliyyat vasitəsini idarə edən şəxs qismində onun adı qeyd olunduğundan, həmin xətalara görə cərimələr onun adına yazılmışdır. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən barəsində inzibati cərimənin tətbiqi barədə tərtib edilmiş 02 mart 2022-ci il tarixli, EQ 12358720 saylı qərarını tamamilə əsassız və qanunazidd hesab edir. Belə ki, sözügedən qərar qəbul edilərkən inzibati xətalar haqqında qanunvericiliyin tələbləri aşkar şəkildə pozulmuş, müvafiq qanun normaları səhv şəkildə tətbiq edilərək törətmədiyi əməllərə görə əsassız şəkildə cəzalandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elçin Xasiyevin sadalanan hallara düzgün hüquqi qiymət verə bilməməsi səbəbindən çıxarılmış qərarı ədalətsiz hesab edərək həmin qərardan şikayət vermək qərarına gəlmişdir və hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən barəsində inzibati cərimənin tətbiqi barədə tərtib edilmiş 02 mart 2022-ci il tarixli, EQ12358720 saylı qərarın hər hansı hüquqi əsasları olmadığından və inzibati xəta törətməkdə təqsiri sübuta yetirilmədiyindən, sözügedən qərar ləğv olunmalı, hesablanmış cərimə silinməli və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin mahiyyətinə uyğun çıxış edərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 12358720 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 12358720 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Nissan Maxima minik” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2022-ci il tarixdə saat 00:07-də Saray qəsəbəsindən Sumqayıt şəhərinə giriş istiqamətində nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə X2 Azərbaycan Respublikasının İXM-in 339.1-1ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 88 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamının surətindən görünür ki, Sumqayıt şəhər icra hakimiyyətinin balansında olan ’Nissan Maxima” markalı minik avtomobili (buraxılışı: 2004-cu il, mühərrik № VQ-30106925B. ban № JN1CCUA**********) (qalıq qiyməti ilə) dəyəri ödənilmədən şəhər İcra hakimiyyəti basçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansına verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Sumqayit şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrinin surətindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş mütəxəssisi-sürücüsü X2 07 yanvar 2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 07 nömrəli əmrinin surətindən görünür ki, X2 07 yanvar 2020-ci il tarixindən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə baş mütəxəssis (sürücü) vəzifəsinə işə qəbul edilmişdir. Göründüyü kimi X2 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən aparılmış araşdırma üzrə düzgün nəticəyə gəlinməyərək, sonuncunun Saray qəsəbəsindən Sumqayıt şəhərinə giriş istiqamətində nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin tələbini pozması qənaətinə gəlinərək barəsində tənbeh tədbiri tətbiq edilmişdir. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin tərkib əlamətlərini pozmamış və hadisə ilə bağlı heç bir təqsiri olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Sumqayit şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrinin surətindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş mütəxəssisi-sürücüsü X2 07 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 07 nömrəli əmrinin surətindən görünür ki, X2 07 yanvar 2020-ci il tarixindən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə baş mütəxəssis (sürücü) vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X1 barəsində tərtib edilmiş qərar texniki cihazlardan istifadə edilməklə elektron qaydada tərtib edildiyindən aşkarlanmış inzibati xəta pozuntularının həqiqətən də onun tərəfindən edilib-edilmədiyi, yaxud da inzibati xəta pozuntusu baş verən zaman onun Sumqayıt şəhər İcra hakimiyyəti basçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində işləyib-işləməməsinin səlahiyyətli orqan tərəfindən müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparılmayaraq birtərəfli qaydada qanunsuz olaraq X1 barəsində inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunması barədə tənbeh növü tətbiq edilmişdir. Əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə X1 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin 03 dekabr 2022-ci il tarixli, EQ12358720 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin 03 dekabr 2022-ci il tarixli, EQ12358720 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş 03 dekabr 2022-ci il tarixli, EQ12358720 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-92/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-92/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver