Məhkəmə qərarları › İş №3(060)-920/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-920/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-920/2022 13.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Nümayəndə2, Zərərçəkmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xətalar haqqında protokollar tərtib olunmuşdur. 12.04.2022ci il tarixli, MN seriyalı, ******* №-li protokola əsasən Şəxs 19.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ağaoğlan Rzayev küçəsi ərazisində yerləşən X3 məxsus bağ sahəsinin su sayğacını oğurlamışdır. MN seriyalı ******* №-li 12.04.2022ci il tarixli protokola əsasən Şəxs 28.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən X2 məxsus bağ sahəsinin su sayğacını oğurlamışdır. 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 29.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən X4 məxsus bağ evinin su sayğacını oğurlamışdır. 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 28.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən X5 məxsus bağ sahəsinin su sayğacını oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Nümayəndə2 tərtib edilən protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs 19.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ağaoğlan Rzayev küçəsi ərazisində yerləşən X3 məxsus bağ sahəsinin su sayğacını oğurlamışdır. 28.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən X2 məxsus bağ sahəsinin su sayğacını oğurlamışdır. 29.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən X4 məxsus bağ evinin su sayğacını oğurlamışdır. 28.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən X5 məxsus bağ sahəsinin su sayğacını oğurlamışdır. Sumqayıt Şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı -Elnur Feyzullayev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 29.03.2022-ci il və 05.04.2022-ci il tarixli qərarlar qəbul edilmiş və həmin faktlar üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan inzibati xəta törətmiş şəxsin (şəxslərin) müəyyən edilib inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt Şəhər Pİ-nin 2-ci PB-nə göndərilmişdir. Oğurluq hadisəsinin Şəxs tərəfindən törədildiyi məlum olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 19.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ağaoğlan Rzayev küçəsi ərazisində yerləşən bağ sahəsindən su sayğacı, 28.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən iki bağ sahəsindən su sayğaclarını və 29.03.2022-ci il tarixdə isə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən bağ evinin su sayğacını oğurlamışdır. Əməlindən peşmandır, ailəlidir, işləmir və iki uşağı var. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərsu ASC-nin Sumqayıt Sukanal İdarəsinin nümayəndəsi Nümayəndə1 bildirdi ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri Y/M, Əkinçi küçəsi ərazisində yerləşən fərdi evdə yaşayan X4 məxsus bağ sahəsinin, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən X2 məxsus bağ sahəsinin, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ağaoğlan Rzayev küçəsi ərazisində yerləşən X3 məxsus bağ sahəsinin və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən X5 məxsus sahəsinin hasarlarına quraşdırılmış Azərsu ASC-nə məxsus olan su sayğacları naməlum şəxslər tərəfindən oğurlanmışdır. Ziyanın ödənilməsini tələb edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29.03.2022-ci il və 05.04.2022-ci il tarixli qərarlardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxsnın məsuliyyətini yüngülləşdirən hal onun hərəkətindən peşman olması və himayəsində uşaqlarının olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi dörd inzibati xətaya dair işlərə eyni vaxtda baxıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehlər toplanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və ona 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 12.04.2022ci il tarixli, MN seriyalı ******* №-li, 12.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokollar üzrə hər bir inzibati xətaya görə ayrılıqda 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs qəti olaraq 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 aprel 2022-ci il, saat 12:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar