Məhkəmə qərarları › İş №3(060)-921/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-921/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-921/2024 03.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Ağdam ray., İsmayılbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xocalı ray., Xocalı şəhəri ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola görə Ruslan Hacıyev xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında işə düzəltmək adı ilə tanışı Şəxs kart vasitəsi ilə 265 manat pul göndərmiş, sonuncu vədinə əməl etməmiş, nəticədə Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi polis kapitanı X5 tərtib edilən protokola uyğun izahat verərək Şəxs zərəçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini və onunla barışmasını nəzərə alaraq qanunamaüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə tanışı Ruslan Hacıyevdən sonuncunu işə düzətməsi adı ilə 265 manat pulunu almış, lakin sonra vədinə əməl etməmiş, Ruslanın pulunu qaytarmamışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. X1 qarşı şikayəti yoxdur, onunla barışmışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ərizə ilə məhkəməyə müraciət edib əməlindən peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması, icraata xitam verilməsi barədə verdiyi ərizəni nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Ruslan Hacıyev bildirdi ki, xx.xx.2024-cü il tarixdə tanışı Şəxs zəng edərək, onu sürücü kimi işə düzəldəcəyini bildirərək ondan 265 manat pul istəmişdir. O, kart vasitəsi ilə həmin məbləği Dilafətin göndərdiyi kart hesabına atmışdır. Lakin sonradan Dilafət ilə əlaqə qurmaqda çətinlik çəkmiş, sonuncu vədini yerinə yetirməmişdir. O, bu barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmişdir.. Hazırda Dilafət ona olan dəymiş ziyan ödənmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Ruslan Hacıyev ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, onunla barışdığını bu səbəbdən sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis kapitanı Şəhriyar Kərimlinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “inzibati qaydada tutuma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:10 dəqiqədə tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 12:30 dəqiqədə azad edilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, vurulmuş zərərin ona tam olaraq ödənildiyi üçün o, Şəxs bağışlayır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir, onlar bir-birilə barışmışlar, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Bu səbəbdən qanunun yuxarıda göstərilən norması rəhbər tutulmaqla Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar