Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-923/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Allahyar Rüstəmov şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, qərar tamamilə uydurmadır. Heç bir əsas və sübut olmadan cərimə edilmiş, eləcə də ondan vurulan ziyana görə 600 manat məbləğində pulu ödəməyi tələb olunur. Qeyd edir ki, tərəfindən qeyd olunan ərazidə avtoyuma məntəqəsində istifadə edilən su içməli sudur və həmin suya görə sayğac vasitəsilə aylıq ödəniş ödəyir. Əgər bununla bağlı hər hansı bir sübut vardırsa məhkəməyə təqdim etmələrini tələb edir. Ortada heç bir şikayət olmadan, əməlində inzibati xəta tərkibinin əlamətləri olmadan tam qanunsuz olaraq cərimə edilmişdir. Bu səbəbdən də hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ədalətli məhkəmə araşdırması ilə işin faktiki halları araşdırılmalı və inzibati xəta haqqında iş üzrə icaata xitam verilməlidir. Məhkəmə iclasında Allahyar Rüstəmov şikayət ərizəsinə uyğun izahat verərək bildirdi ki, avto-yuma məntəqəsində istifadə etdiyi suyu "xxxx" ASC-dən alır və bunun üçün pul ödəyir. Məntəqədə yaranmış çirkab su kanal vasitəsi ilə adsız gölə axıdılır. Kanal ilə işlətdiyi avtoyuma məntəqəsi arasında təxminən 5-10 metr ara məsafəsi var. O, çirkab suların təmizləndikdən sonra kanala axıdılması üçün hansısa qurğudan istifadə etmir. Həmin qurğunun varlığı barədə hazırkı məhkəmə iclasında eşitmiş, bu barədə əvllər məluamtı olmamışdır. Qeyd edir ki, işlətdiyi avtoyuma məntəqəsindən axıtdığı çirkab sular kanalla axıdılan çirkab sulardan kifayət qədər təmizdir. Bildirir ki, onun atası İ qrup gözdən əlil, anası isə xəstəliyinə görə əlildir. Onun ana babası və xalası şəhid olmuşdur. Maddi vəziyəti yaxşı deyil. Ailənin tək dolanacaq mənbəyi həmin işlətdiyi avto-yuma məntəqəsidir. Özü də İİ qrup əlildir. Cəriməni ödəmək imkanı yoxdur. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 bildirdi ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaşayan Kamran Səxavətov adlı vətəndaşın idarəyə ünvanladığı şikayət ərizəsi əsasında Bakı- Quba avtomobil yolunun 27.3-cü kilometrində, Tuğzavod adlanan qəsəbəyə gedən yolun kənarında fəaliyyət göstərilən avtoyuma məntəqəsində yoxlama zamanı çirkab suların təmizlənmədən birbaşa açıq su hövzəsinə axıdılması eyni zamanda məntəqənin yan hissəsindəki torpaq əraziyə avtomobil yolunun kənarına mal-qara peyininin tullantılarının atılması faktı aşkar edilmişdir. Həmin vaxt AR ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılmış yoxlamanın nəticəsi olaraq 01 aprel 2024-cü il tarixli, 006 saylı akt tərtib edilmiş, foto-şəkillər çəkilmiş, həmin vaxt X4 şəxsən orada olmuşdur. 01 aprel 2024-cü il tarixdə Allahyar Rüstəmov barəsində İXM-nin 264.0.1ci maddəsi ilə protokol tərtib edilmiş, daha sonra inzibati xəta haqqında iş üzrə icraata baxılması barədə qərardad qəbul edlmişdir. İnzibati xəta haqqında işə baxılması 06 aprel 2024-cü il tarixə, saat 11:00-a təyin edilmiş, bildiriş şəxsən Alllahyar Rüstəmov tərəfindən qəbul edilmişdir. 06 aprel 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Bildirir ki, məntəqənin yan hissəsindəki torpaq əraziyə avtomobil yolunun kənarına mal-qara peyin tullantılarının yığışdırılması ilə bağlı 03 aprel 2024-cü il tarixdə məntəqənin ünvanına məcburi göstəriş göndərilmiş, qərar icra edilərək tullantılar yığışdırılmışdır. Qeyd edir ki, fiziki şəxs X4 barəsində idarə tərəfindən qəbul edilmiş və mübahisələndirilən qərar tam qanuni qəbul edilmişdir, bu səbəbdən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaq zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: 01 aprel 2024-cü il tarixdə AR ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba avtomobil yolunun 27.3-cü kilometrində, Tuğzavod adlanan qəsəbəyə gedən yolun kənarında fəaliyyət göstərilən avtoyuma məntəqəsində yoxlama keçirilmiş, yoxlama zamanı çirkab suların təmizlənmədən birbaşa açıq su hövzəsinə axıdılması eyni zamanda məntəqənin yan hissəsindəki torpaq əraziyə avtomobil yolunun kənarına mal-qara peyin tullantılarının atılması faktı aşkar edilmişdir. Bu barədə 01 aprel 2024-cü il tarixli, 006 saylı akt tərtib edilmiş, həmin akt yoxlayıcılar Quliyev və Abdullayev, DİN B.T.T.İ-nin nümayəndəsi tərəfindən polis polkovnik-leytenantı Həsənov və Allahyar Rüstəmov tərəfindən imzalanmışdır. Bu barədə fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. 01 aprel 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Bakı-Quba avtomobil yolunun 27.3-cü kilometrində, Tuğzavod adlanan qəsəbəyə gedən yolun kənarında fəaliyyət göstərilən avtoyuma məntəqəsində yoxlama keçirilmiş, yoxlama zamanı çirkab suların təmizlənmədən birbaşa açıq su hövzəsinə axıdılması aşkar edilməsi səbəbindən Allahyar Rüstəmov barəsində İXM-nin 264.0.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. 02 aprel 2024-cü il tarixli “inzibati xətalar haqqında işlər üzrə” bildirişdən görünür ki, Abşeron ray., Ceyranbatan qəs., 147 saylı peşə liseyi ərazisində yaşayan X3 barəsində olan inzibati xəta ilə bağlı xx.xx.2024-cü il tarixdə, saat 11:00-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmiş, həmin bildiriş sonuncu tərəfindən şəxsən qəbul edilmişdir. 03 aprel 2024-cü tarixli “məcburi göstərişdən” görünür ki, Bakı-Quba avtomobil yolunun 27.3-cü kilometrində, Tuğzavod adlanan qəsəbəyə gedən yolun kənarında fəaliyyət göstərilən avtoyuma məntəqəsinin sahibi Allahyar Rüstəmova məntəqənin yan hissəsindəki torpaq əraziyə avtomobil yolunun kənarına mal-qara peyin tullantılarının yığışdırılması tapşırığı verilmişdir. X1 iş materiallarına əlavə edilmiş izahatında göstərmişdir ki, məntəqənin fəaliyyəti zamanı yaranan çirkab suları əhalinin özləri tərəfindən quraşdırılmış kanalizasiya xətti ilə kanala axıdılır. 06 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin tarixdə X4 həmin tarixdə İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərə 600 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 264.0.1-ci maddəsinə görə Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Belə ki, Allahyar Rüstəmov ilkin araşdırma zamanı izahatında da məntəqənin fəaliyyəti zamanı yaranan çirkab suları əhalinin özləri tərəfindən quraşdırılmış kanalizasiya xətti ilə kanala axıtdığını qeyd etmişdir. Rüstəm Alahyarov ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, obyektdən axıdılan çirkab sular tərəfinizdən təmizlənərək kanala axıdılır ya yox sualına sonuncu cavabında təmizlənmədən, birbaşa axıdıldığını, obyektdə hər hansı təmizləyici qurğu quraşdırılmadığını və belə qurğunun mövcudluğundan məlumatlı olmadığını bildirmişdir. AR Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsinə görə Qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə iclasında Allahyar Rüstəmov təyin edilmiş cərimə cəzasının ödəməyə imkanının olmadığını qeyd etmişdir. Məhkəmə bu hissəsə münasibətdə qeyd edir ki, sonuncunun təqsirli bilinərək tənbeh edildiyi maddənin sanskiyası fiziki şəxslərə münasibətdə altı yüz manatdan min manatadək məbləğdə müəyyən edilmiş, hazırkı iş üzrə isə inzibati orqan tərəfindən Allahyarov minimum həddə cərimə edilmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanunun 41-ci maddəsinə görə müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Su Məcəlləsinin” 77-ci maddəsinə görə sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78-ci maddəsinə görə tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-923/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-923/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver