Məhkəmə qərarları › İş №3(060)-924/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-924/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-924/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1979-cu ildə Füzuli rayonunun Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 07 aprel 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı və 529.2-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(006)-490/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən 7000 (yeddi min) manat tələbkar X2 heç bir üzürlü səbəb göstərmədən ödəmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 1234/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 500 (beş yüz) manat cəriməni heç bir üzürlü səbəb olmadan ödəmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-924/2023 və 3(060)-925/2023 nömrəli işlər bir icraatda, yəni 3(060)-925/2023 nömrə ilə birləşdirilməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyi məsələlərə görə: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir; işin icraatını rədd edən hallar mövcud deyil; inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır; iş üzrə vəsatətlər və etiraz etmə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı inzibati xəta haqqında işin baxılması Sumqayıt şəhər Məhkəməsinin binasına 07 aprel 2023-cü il tarixə, saat 14:35-ə təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-924/2023 və 3(060)-925/2023 nömrəli işlər bir icraatda, yəni 3(060)-925/2023 nömrə ilə işlər bir icraatda birləşdirilsin. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar