Məhkəmə qərarları › İş №3(060)-925/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-925/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-925/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1979-cu ildə Füzuli rayonunun Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 tərəfindən 07 aprel 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı və 529.2-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(006)-490/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən 7000 (yeddi min) manat X2na heç bir üzürlü səbəb göstərmədən ödəmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1234/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 500 (beş yüz) manat cəriməni heç bir üzürlü səbəb olmadan ödəmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(006)- 490/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən Şəxs 7000 (yeddi min) manat tutularaq X5 veriləməli və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1234/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi il təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İcra sənədi növbə ilə beş icra məmurunun icraatında olmuş, hər il borclu dəvət olunaraq izahatı alınmış, tələbkar hər dəfə borclu tərəfindən ödəniş edilmədiyi barədə ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə X2nın vəkili Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 ərizə ilə müraciət edərək borclu Şəxs X2na olan 7000 (yeddi min) manat borcdan heç bir ödəniş etmədiyini, borclu barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Uzun illər keçməsinə baxmayaraq borclu Şəxs nə Sumqayıt Şəhər Məhkəməsinin 2(006)-490/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən 7000 (yeddi min) manat məbləğində borcdan, nə də Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1234/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 500 (beş yüz) manat məbləğində inzibati cərimədən heç bir ödəniş etməmişdir. Dəfələrlə onunla əlaqə saxlayıb Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət etməsinə baxmayaraq borclu şağırışlara gəlməmişdir. Borclu polis əməkdaşlarının tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Ona görə də, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(006)-490/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən ondan 7000 (yeddi min) manat tutularaq X5 veriləməli və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1234/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən o Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi il təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X2 onun rəhmətə gedən qardaşının həyat yoldaşıdır. 7000 (yeddi min) manat borcdan 3000 (üç min) ABŞ dolları ödəniş etdiyini, ödəməsini sübut edən qəbzin olmadığını bildirdi. Tələbkara olan borcunu hissə-hissə ödəməsini təklif etmiş, lakin o ona ilk olaraq 2500 (iki min beş yüz) manat ödəniş etməsini, qalan məbləği isə hissə-hissə ödəməsini demişdir. Lakin maddi vəziyyətinin zəif olması ilə əlaqədar həmin məbləği ödəməyə imkanının olmadığını və vaxt verilərsə yaşadığı evi satıb tələbkarın borcunu qaytaracağını bildirdi. Himayəsində 01 (bir) azyaşlı uşağının və xəstə anasının olmasını nəzərə alaraq arəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan X2nın vəkili Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, borclu Şəxs X2na olan 7000 (yeddi min) manat borcdan heç bir ödəniş etməmişdir. Borclu barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini və məhkəmə baxışını onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və o, həmin maddələrin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(006)-490/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən 7000 (yeddi min) manat X2na heç bir üzürlü səbəb göstərmədən ödəmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1234/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 500 (beş yüz) manat cəriməni heç bir üzürlü səbəb olmadan ödəmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən həmin Məcəllənin 528.1 və 529.2-ci maddələrinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəlləsinin 34.4-cü maddəsinə əsasən 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 07 aprel 2023-cü il saat 14:35-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkilnın göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar