Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-926/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi polis kapitanıX6nun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-c; ildə Şamaxı rayonu, Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, st. Sumqayıt, ev 35B-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx xxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 20:00-da Sumqayıt şəhəri, st. Sumqayıt qəsəbəsində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döymüşdür. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PBnin sahə rəisi polis kapitanı X6 protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs, anası X5 və bacısı X10 onlarin ailəsi ilə münaqişə aparır, həmişə onları şərləyir, böhtan atır, barələrində 102 xidmətinə şikayətlər edir, onları normal yaşamağa, işləməyə qoymurlar. Bundan əvvəl də bu cür işləri olub, günləri polisdə və məhkəmələrdə keçir. Zərərçəkmiş şəxs, anası X5 və bacısı X10 biri-birinə və ya özü-özünə müxtəlif xəsarətlər yetirirlər, guya onların yetirməsi barədə şikayətlər edirlər. Bu da həmin hallardan növbətisidir. Həqiəqtdə isə o xx xxxxxx 2021-ci il tarixdə, saat 20:00-da Zərərçəkmiş şəxs görməmiş, onu döyməmiş, onu vurmamışdır, bu onların növbəti şəridir. Həmin gün o və ailə üzvləri İlhamə gilin həyətində olmamışlar, o heç kimi vurmamışdır. Onun həmin şəxsi döyməsi barədə göstərilənlər şər-böhtandır, təqsiri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs heç bir inzibati xəta törətmədiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisinin dəvət edilməsi ilə bağlı fasilə verilərkən məhkəmə iclas zalını tərk etmiş, məhkəmə iclaslarında iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə verdiyi izahatında göstərmişdir ki, təxminən 7-8 aydır ki, qonşuluqda yaşayan, dayısı Hilalın keçmiş arvadı Gülafət, onun qardaşları və valideynləri onlarla münaqişə edirlər. X8 boşanma ərəfəsində olmalarıdır. Bir neçə ay əvvəl Gülafətin anası Cəmilə ona xəsarət yetirdiyi üçün Cəmilənin barəsində Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi vardır. xx xxxxxx 2021-ci ildə saat 20:00 radələrində o anası Naxışla yaşadığı evin həyətində olarkən Gülafət qardaşları Aslan və Qorxmaz, oğlu Məhəmmədlə ora gəlmiş, ondan Cəmilə ilə bağlı şikayətini geri götürməyi tələb edərək onu öldürməklə hədələmişlər. O şikayətini geri götürməyəcəyini dedikdə Qorxmaz yumruqla sinəsinin yuxarı sol tərəfindən, Aslan yerdən daş götürüb sol dizinə, Gülafət taxta parçası ilə sağ qolundan, Gülafətin oğlu Məhəmməd isə həmin taxta parçası ilə sağ qolunun bilək nahiyəsindən vurmuşlar. Cəmilə və Vəli ora gələrək uşaqlarını aparmışlar. Mübahisə və dava-dalaş təxminən 5 dəqiqə davam etmiş, o həmin şəxslərdən heç birini vurmamışdır. Araşdırma zamanı izahat vermiş X5 (Zərərçəkmiş şəxs anası) Zərərçəkmiş şəxs izahatında göstərilənləri təsdiq etmişdir. İşdə olan məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 57 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin, sol diz oynağı nahiyənin, sağ saidin, sağ əlin qançırları xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən 1-2 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokaziyasalarına əsasən demək olar ki, həmin xəsarətlərin özü-özünə yetirilməsi az inandırıcıdır. İşdə olan Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin təhqiqatçısı Z.Ağayev tərəfindən HK-1/35 saylı material üzrə qəbul olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdirmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və digərlərinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarın təsviri və təsviri-əsaslandırıcı hissələrində Şəxs Zərərçəkmiş şəxs döyməsinin hansı mötəbər və təkzibedilməz sübutla müəyyən edilməsi barədə məlumatlar yoxdur. Araşdırma zamanı X11 (Şəxs qardaşıdır, Zərərçəkmiş şəxs bildirdiyinə görə o da Zərərçəkmiş şəxs döymüşdür) Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə verdiyi izahatında göstərmişdir ki, o və ailə üzvləri xx xxxxxx 2021-ci il tarixdə, saat 20:00da Sumqayıt şəhəri, st. Sumqayıt qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs görməmişlər, onunla görüşməmişlər. İlhaməyə heç bir xəsarət yetirməmişlər. O özü həmin gün saat 16:00-dan saat 22:30-a qədər Sumqayıt şəhərindən Müşfiq qəsəbəsinə gedən yolda yerləşən avtotəmir sexində olmuşdur. Araşdırma zamanı izahat vermiş X2 və X1 Aslan Vəli oğlu ilə eyni məzmunlu izahat vermişlər. Araşdırma zamanı şahid Seyidov Aqil Mirkamil oğlu Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə verdiyi izahatında göstərmişdir ki, yük maşını sürücüsüdür, X11 da yük maşını sürücüsüdür və bir-birlərini tanıyırlar. xx xxxxxx 2021-ci il tarixdə, saat 16:00-dan saat 22:00 radələrinə qədər Sumqayıt şəhərindən Müşfiq qəsəbəsinə gedən yolda yerləşən avtotəmir sexində olmuşdur. X11 da orada olmuş, saat 22:00 radələrində o getsə də X11 hələ də orada qalmışdır. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və şahidlərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Onun təqsiri iş materialları və araşdırılan sübutlarlarla tasdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs təqsiri sübuta yetirilmir, təqdim olunmuş materiallarda onun xx xxxxxx 2021-ci il tarixdə, saat 20:00-da Sumqayıt şəhəri, st. Sumqayıt qəsəbəsində Zərərçəkmiş şəxs döyməsi, ümumiyyətlə onunla görüşməsi barədə sübut yoxdur, məhkəmə iclasında da belə hal müəyyən edilmədi. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin təhqiqatçısı Z.Ağayev tərəfindən HK-1/35 saylı material üzrə qəbul olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarıdır. Ancaq həmin araşdırma zamanı heç bir mötəbər sübut toplanmamış, yalnız Zərərçəkmiş şəxs müraciəti, izahatı və İlhamənin anası X3 izahatı əsas götürülmüşdür. Məhkəmə Zərərçəkmiş şəxs və İlhamənin anası X3 bu iş üzrə izahatlarını mötəbər sübut kimi qəbul etmir, çünki həmin izahatlar digər sübutlarla təsdiq edilmir. Hazırda Sumqayıt Şəhər Məhkəməsində olan HK-1/35 saylı material öyrənilmiş və müəyyən edilmişdir ki, həmin materialda Şəxs inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanı törətməsi barədə heç bir inandırıcı, mötəbər sübut yoxdur. Şəxs göstərilən inzibati xətanı törətməsi nəticə ilə marağı olmayan, tərəflərə münasibətdə bitərəf, neytral mövqeli hər hansı şəxsin izahatı ilə təsdiq edilmir. Yeganə bitərəf şahid olan Seyidov Aqil Mirkamil oğlunun izahatı ilə Zərərçəkmiş şəxs və anasının göstərdikləri təkzib edilmişdir, bu birbaşa Şəxs ilə bağlı olmasa da Zərərçəkmiş şəxs göstərdiklərinin qiymətləndirilməsi üşün mühüm əhəmiyyət kəsb edir. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlərin olması həmin xəsarətlərdən birinin Şəxs tərəfindən yetirilməsi demək deyildir. Hadisənin baş verdiyi göstərildiyi vaxtda Şəxs orada olması belə təsdiq edilməmişdir. Bütün bu şübhəli hallar isə Şəxs xeyrinə həll olunmalıdır. Göstərilən səbəblərdən, yəni Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-926/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-926/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver