Məhkəmə qərarları › İş №3(060)-926/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-926/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-926/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X4 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5, icra sənədi üzrə tələbkarlar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra iadrəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən 07 aprel 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5145 saylı, xx.xx.2011-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5657 saylı, xx.xx.2014-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5625 saylı, xx.xx.2016-cı il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-330 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri üzrə yaranmış borcu üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmədə porotokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5145 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 9.000,00 manat borc pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir, borclu qeyd olunan borcdan 2022-ci ilin noyabr ayında tələbkara 2.250,00 manat ödəniş etmişdir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5657 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2.302,70 manat əsas borc və 30,00 manat ödənilmiş dövlət rüsumu tutularaq icra sənədi üzrə tələbkar "xxxx" ASC-yə ödənilməlidir, bugünədək icra sənədi üzrə ödəniş olmamışdır. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5625 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 411,00 manat və ödənilmiş 21,00 manat dövlət rüsumu tutularaq icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir, bugünədək icra sənədi üzrə ödəniş olmamışdır. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-330 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 24.000,00 manat məbləğində pul tutularaq Rüstəm (Əşrəfova) Zərərçəkmiş şəxs2 qızına, 3.000,00 manat məbləğində pul tutularaq X2, 6.000,00 manat məbləğində pul və 30,00 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs3 ödənilməlidir. Qeyd olunan icra vərəqəsi üzrə borclu tələbkar Zərərçəkmiş şəxs2 2022-ci il tarixdə 4.000,00 manat və tələbkar X3 500,00 manat ödəmiş etmiş, lakin X2 borcundan heçbir ödəniş etməmişdir. Borclu icra idarəsinə dəvət olunmuş, ona icraata başlama haqqında qərarların və bildirişlərin surəti təqdim olunmuş, lakin borclu icra sənədlərini üzrüsüz səbəbdən icra etməmişdir. Borclu barəsində qeyd olunan icra vərəqələri üzrə xx.xx.2022-ci il tarixdə icra məmuru Anar Hacıyev tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərib olunaraq məhkəməyə təqdim olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(060)-2692/2022 saylı qərarı ilə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək İXM-nin 34.4-cü maddəsinə əsasən tənbehlər tam toplanılmaqla Şəxs qəti olaraq 1.000,00 manat inzibati cərimə olunmuşdur. Borclu tərəfindən ödənişlər olunmadığından onun barəsində axtarış qərarı qəbul olunmuş və axtarış qərarı nəticəsində icra idarəsinə gətirilmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-330 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 24.000,00 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Borclu 2022-ci il tarixdə qeyd olunan borcdan 4.000,00 manat ödəniş etmişdir. Hal-hazırda qeyd olunan qalıq borcun ödənilməsini tələb edərək borclu barəsində qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-330 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 6.000,00 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Şəxs borcdan 500 manat ödəniş etmişdir. Hal-hazırda qeyd olunan qalıq borcun ödənilməsini tələb edərək borclu barəsində qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5145 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 9.000,00 manat borc pul alınaraq ona ödənilməlidir. Şəxs 2022-ci ilin noyabr ayında 2.250,00 manat ödəniş etmişdir. Hal-hazırda qeyd olunan qalıq borcun ödənilməsini tələb edərək borclu barəsində qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5145 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən ondan 9.000,00 manat borc pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir, o, qeyd olunan borcundan 2022-ci ilin noyabr ayında tələbkara 2.250,00 manat ödəniş etmişdir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5657 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən ondan 2.302,70 manat əsas borc və 30,00 manat ödənilmiş dövlət rüsumu tutularaq icra sənədi üzrə tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5625 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən ondan 411,00 manat və ödənilmiş 21,00 manat dövlət rüsumu tutularaq icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-330 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan 24.000,00 manat məbləğində pul tutularaq Rüstəm (Əşrəfova) Zərərçəkmiş şəxs2 qızına, 3.000,00 manat məbləğində pul tutularaq X2, 6.000,00 manat məbləğində pul və 30,00 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs3 ödənilməlidir. Qeyd olunan icra vərəqəsi üzrə o tələbkar Zərərçəkmiş şəxs2 2022-ci il tarixdə 4.000,00 manat və tələbkar X3 500,00 manat ödəmiş etmişdir. Hal-hazırda heçbir yerdə işləmir, lakin qeyd olunan borcarı qısa müddət ərzində ödəyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul olunmasını Məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hazırki iş üzrə tərəflərin izahatlarını, işdəki sənədləri tədqiq edərək hesab edir ki, Şəxs qanunvericiliyin tələblərini pozaraq üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkarların, borclunun izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs himayəsində beş, doqquz və on iki yaşında uşaqlarının olmasını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, himayəsində beş, doqquz və iki yaşında uşaqlarının olmasını və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 800,00 (səkkiz yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar