Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-928/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Fətullayev Mircəlal Mirələm oğlunun iştirakları ilə 16.08.1996-cı ildə Ermənistan Respublikası Krasneselo rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 29 mart 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2000/2018 saylı, 07.05.2018-ci il tarixli icra sənədi üzrə 2702 manat aliment borcunu üzürsüz səbəbdən ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2021-ci il tarixli, 3(060)-928/2021 saylı qərarı ilə Paşayev X4 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan tələbkar Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və inzibati xəta haqqında iş baxıması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-280/2021 saylı, 22.04.2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 3(060)-928/2021 saylı, 05.04.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün inzibati material Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2000/2018 saylı, 07.05.2018-ci il tarixli icra sənədinə əsasən ondan 19.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması hər ay 154 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Əvvəllər işləmədiyi üçün aliment məbləğini ödəyə bilməmişdir. Hazırda sürücü işlədiyini, gələcəkdə hissə-hissə ödəniş edəcəyini bildirdi. Məhkəmə baxışı zamanı 200 manat ödəniş etmişdir. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2000/2018 saylı, 07.05.2018-ci il tarixli icra sənədinə əsasən Şəxsdan 19.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması hər ay 154 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin alimenti ödəmədiyindən borc yaranmışdır. 21.06.2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək Şəxs 200 manat ödəniş etdiyini, gələcəkdə pulun geri qalan hissəsinin də ödənilməsini tələb edəcəyini bildirmiş və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, Şəxs tərəfindən 200 manat ödənildiyindən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarından olan Kapital Bankın qəbzindən görünür ki, Şəxs inzibati xəta haqqında iş üzrə tələbkar Zərərçəkmiş şəxs hesabına 200 manat məbləğində ödəniş etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs məhkəmə baxışı zamanı 200 manat ödədiyindən, qalan borcu gələcəkdə hissə-hissə ödəyəcəyini bildirdiyindən və inzibati xəta haqqında iş üzrə tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə ona yüngül cəza verilməsi barədə xahişini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-928/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-928/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver