Məhkəmə qərarları › İş №3(060)-928/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-928/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-928/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə , Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı ilə X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X12 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan X14 haqqında TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 20:20 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində (əşya bazarı) hərəkətdə olarkən DYP əməkdaşı onu saxlamış və avtomobilini cərimə meydançasına aparılacağını bildirmişdir. Səbəbini soruşanda isə avtomobilə əlavə avadanlıq quraşdırılması və ona görə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən (protokol: İXP5285004) 150 manat cərimə yazıldığını bildirmişdir. X6 Vermə haqqında TP 5615390, xx.xx.2023-cü il tarixli qərar da ona təqdim olunmuşdur. Protokola əsasən yazılan cərimə və qərarla razı olmadığı üçün növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə onlayn şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova, idarənin rəsmi saytı vasitəsi ilə müraciət etmişdir. Baxmayaraq ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova şikayət-müraciət edmiş, onun şikayətinə cavab verilməmiş, əksinə 18 mart 2023-cü il tarixli, 3-13- 16/2-R- 318xx/xx/2023 Ne-li məktubla onun müraciətinə baxılması Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki cənab Fəqan Azadəliyevə araşdırılaraq tədbir görülməsi üçün göndərilmiş və 31 mart 2023-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsindən zəng olunmuş, zəng edən əməkdaş isə həftənin birinci günü, yəni xx.xx.2023-cü li tarixdə idarəyə yaxınlaşaraq qərarı götürüb, məhkəmə şikayət edə biləcəyini bildirmişdir. O, təxminən xx.xx.2023-cü il tarixdə Polis İdarəsinə müraciət etmiş və X13, X1 Təmin Edilməsi ve X2 X9 və bu X7 X10 X4 X14 Haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli Qərar hadisədən 23 gün sonra təqdim olunmuşdur. Ona tətbiq olunan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi xarici cihazlara (Faralara) aiddir. O, isə xarici cihaza aid olmayan hissədə arxada aksessuardan istifadə etmişdir. Bu aksessuar isə günün qaranlıq vaxtı, dumanlı havada digər avtomobillərin onun avtomobilini aydın görməsi, hərəkətlərində heç bir maneə olmadan rahat hərəkət etməni təmin edir. O, DYP əməkdaşının iradını qəbul edərək həmin aksessuarı yerindəcə çıxartmağına baxmayaraq ona cərimə yazılmış, qərar çıxarılmışdır. Hesab edir ki, göstərilən səbəblərdən X13, X1 Təmin Edilməsi və X2 X9 və Bu X7 X10 X4 X14 Haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli Qərarı ləğv edilməlidir Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X12 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X3 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmiş, X12 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinsə də, tərtib edilmiş inzibati xəta haqqında protokolda yalnız normativ tələblərin pozulması ifadəsi ilə kifayətlənilmiş, Orxan Rzayev tərəfindən məhz hansı normativ tələblərin pozulduğunu əks etdirən hallar və ya qanunvericilik aktlarının adı o cümlədən normalar barədə hər hansı qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına görə-yüz əlli manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilir. İş materiallarında olan sənədlər vasitəsi ilə həqiqətən də inzibati xəta hadisəsinin olub-olmaması müəyyən edilmir. Həmin faktın araşdırılması ilə bağlı Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, səlahiyyətli orqanın (vəzfilə şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Odur ki, AR İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli X14 haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhəli məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar