Məhkəmə qərarları › İş №3(060)-93/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-93/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-93/2025 21.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP6953895 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP6953895 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə istifadəsində olan **-AT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olmuş, hərəkətini davam etdirərək qarşısında olan nəqliyyat vasitəsini ötən zaman ötdüyü nəqliyyat vasitəsi yola baxmadan sola doğru hərəkət edərək onun idarə etdiyi nəqliyyat vasitəsini vurmuşdur. Halbuki, o ötmə əməliyyatını icra edərkən həmin sürücü yola baxmadan, yolun hərəkət hissəsinin tam təhlükəsiz olmasını müəyyən etmədən sola dönməni icra etmişdir. Bu səbəbdən də yol nəqliyyat hadisəsi baş vermişdir. Qəza baş verdikdən dərhal sonra yol polisi əməkdaşları hadisə yerinə gəlmişlər. Lakin, onun günahı olmadan barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. O, həmin protokolla razı olmadığını bildirmişdir. Bundan sonra həmin protokol əsasında xx.xx.2025ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qanunsuz və əsassız qərar qəbul olunmuşdur. Qərara əsasən guya o İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Halbuki, belə deyil və 327.2-ci maddədə qeyd olunan “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə” inzibati xətalardan heç birini törətməmişdir. Daha sonra qərardan şikayət vermiş şəxs X2 məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 və protokol tərtib etmiş orqan Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayətçi X1 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP6953895 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar