Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-930/2022 13.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Fərəcovun, Zərərçəkmiş şəxs - X1, Barəsində protokol tərtib olunmuş şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci il ildə Şamaxı rayonu, Səfalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 13 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 04.04.2022-ci il tarixdə saat 16:20-də Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində X3 ünvanına ictima yerdə ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozaraq xuliqanlıq hərəkətləri törətmişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Rüstəm Fərəcov bildirdi ki, Şəxs 04.04.2022-ci il tarixdə saat 16:20-də Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində X3 ünvanına ictima yerdə ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozaraq xuliqanlıq hərəkətləri törətmişdir. Buna görə də onun barəsində müvafiq protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində protokol tərtib olunmuş Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, X6 ilə faktiki olaraq artıq 9 aydır ki ayrılmışlar, övladlarından biri onun, biri isə Nəzakətin himayəsində qalmışdır. X1 himayəsində olan övladını artıq uzun müddətdir görməmişdir və bununla bağlı Nəzakətlə aralarında mübahisə yaranmışdır. Lakin o X4 qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, 04.04.2022-ci il tarixdə DİN “102” xidmətinə zəng edərək şikayətçi olmuşdur. Belə ki, keçmiş həyat yoldaşı Şəxs 04.04.2022-ci il tarixdə, təxminən saat 16:20 radələrində Sumqayıt şəhəri, 5ci mikrorayon ərazisində onunla eyni ünvanda yaşayan, 02.03.2015-ci il təvəllüdlü qızı X8 ilə birlikdə olan zaman faktiki olaraq ayrı yaşadığı həyat yoldaşı Şəxs onunla münaqişə etmiş,ünvanına nalayiq söyüşlər söymüş, eyni zamanda qızı Rübabın qollarından tutub onu sirkələmiş, lakin qızına və ona hər-hansı bir xəsarət yetirməmiş, onun və qızının bədəni üzərində xəsarət olmadığından onlar məhkəmə tibbi ekspertizasından keçəkdən imtina etmişlər. Məzahir onu narahat edir. Odur ki, onun barəsində qanuna uyğun tədbir görülməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində protokol tərtib olunmuş Şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materillarında olan 11.04.2022-ci il tarixli raportdan görünür ki, X6 04.04.2022-ci il tarixdə DİN “102” xidmətinə zəng edərək şikayət etmişdir. İş materiallarında olan 11 aprel 2022-ci il tarixli “cinayət işinn başlanılmasının rədd edilməsi barədə” Sumqayıt şəhər Pİ-in 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş qərardan görünür ki, yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən zibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-n göndərilməsi qərara alınmışdır. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki Şəxs tərəfindən ictimai qayda pozulmuşdur, Şəxs zərərçəkmiş şəxslə aralarında münaqişə olduğunu etraf etsə də, küçədə nalayiq söyüşlər söymədiyinə dair izahatı özünümüdafiə xarakteli olması kimi məhkəmə tərəfindən qiymətləndirilir, onun təqsiri zərərçəkmiş şəxsin izhatı və işin araşdırılan halları ilə təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-930/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-930/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver