Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-930/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, İcra sənədi üzrə tələbkar X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-454 saylı, xx.xx.2017ci il tarixli, 2(060)-4448 saylı, xx.xx.2018-ci il tarixli, 2(060)-3617 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-838 saylı, xx.xx.2022-ci il tarixli, 2(060)-6232 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs üzürlü səbəb olmadan icra sənədlərini icra etməmiş, 5648 manat borcu yaranmışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə digər tələbkar X15 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəflərin münasibətini öyrənib, digər tələbkar R.Məmmədovanın iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X13 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-454/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-cı il tarixdən etibarən hər ay 117 manat məbləğində aliment borclu Şəxs İham oğlundan tutularaq tələbkar X9 xeyrinə, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4448/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat məbləğində aliment borclu Şəxs tutularaq tələbkar X9 xeyrinə, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6232/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat məbləğində aliment borclu Şəxs tutularaq tələbkar X3 xeyrinə, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-838/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X6 3 yaşına çatana qədər saxlanılması üçün hər ay 50 manat məbləğində yardım borclu Şəxs tutularaq tələbkar X3 xeyrinə, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3617/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat məbləğində aliment borclu Şəxs tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Borclu qızıl zinət əşyalarının dəyərinin tələbkar Rəna Məmmədovaya ödənilməsi ilə bağlı razılığa gəlindiyindən həmin icra sənədi protokola əlavə edilməmişdir. X10 1848 manat borcu yaranmış, bu gün 100 manat ödəməsi səbəbindən hazırki borc məbləği 1748 manat təşkil edir. Səidə Məmmədovaya isə ayrı-ayrı icra sənədləri üzrə müvafiq olaraq 4200, 4400 və 1800 manat olmaqla ümumillikdə 10400 manat ödənilməmiş borcu yaranmış, həmin borcdan 6400 manat və bügün 100 manat ödəniş edilməklə yekun borc məbləği 3900 manat təşkil edir. Borclu bu gün polis əməkdaşı tərəfində İcra İdarəsinə gətirilmiş, son bir ildir icra idarəsinə gəlməmiş və ödənişlərlə bağlı qəbz təqdim etməmişdir. Bundan əvvəl borclu Rəna Məmmədovanın xeyrinə ödənilməli olan aliment borcunu ödəməməsinə görə inzibati qayda da həbs edilmişdir. X18 son bir neçə ay ərzində aliment borclarının ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinə şikayətlər etmişdir. Protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, icra məmurunun səsləndiriyi borc məbləğləri ilə razılaşmır, hesab edir ki, borc məbləği daha az olmalıdır. Həmçinin, icra idarəsinə bu gün könüllü olaraq getmiş və gün ərzində hər iki tələbkara ayrı-ayrılıqda 200 manat ödəniş etmişdir. Ödənişləri valideynləri edir və onlarda hər ödənişin qəbzləri mövcuddur. Səidəyə 200 manat bu gün olmaqla ayın əvvəlində də 100 manat ödəniş edilmişdir. Aliment borclarını ödəməkdən boyun qaçırmadığını bildirir. İcra məmurunun yanına bu gün saat 14:15 radələrində gəlmiş, lakin ödəniş qəbzlərini toplayıb təqdim edə bilməmişdir. Aliment ödənişlərinin məbləğindən məlumatlıdır. Hazırda arendaya avtomobil götürərək gəlir qazanır, əgər həbs olunarsa gəlir mənbəyini itirəcəkdir. Əgər ona vaxt verilsə 10 ay ərzində Səidə Məmmədovaya olan aliment borcunu tam ödəyəcəkdir. Məhkəmə iclasında tələbkar X11 izahatında bildirmişdir ki, icra sənədləri üzrə borc icra məmurunun qeyd etdiyi məbləğdədir. Əgər borclu aliment ödənişləri ilə bağlı hesablama aparsa borc məbləği ona aydın olar. O, heç bir zaman borclunun həbs edilməsini istəməmiş, lakin sonuncu övladı ilə maraqlanmamış, hazırda övladının xərclərini ödəyə bilmir. 4000 manat məbləğində aliment borcunu tələb edir. Borclunun cərimə edilməsini istəmir, həmin məbləği alimentə ödəsin. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X14 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin müəyyən qədər ödənişlər etməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs Sumqayıt şəhəri üzrə icra idarəsinin icraatında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-454/2017 saylı, xx.xx.2017-ci il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4448/2018 saylı, xx.xx.2018-ci il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6232/2021 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-838/2022 saylı, xx.xx.2022-ci il tarixli və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3617/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan 2(060)-6232/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik - yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan 04 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6232 saylı. xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şəxs izahatından görünür ki, 2(060)- 6232/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə həmin tarixədək 1200 manat ödəniş etmiş, tələbi tam icra etməməsinə səbəb isə iş yerinin olmamasını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Şəxs ərizəsindən görünür ki, 2(003)- 2318/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 3500 manat ödəniş etdiyini qeyd etmişdir. İş materiallarında olan 2(060)-3617/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6232/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, cavabdeh Şəxs hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X7 verilməsi və cavabdeh Şəxs ödənilmiş 25 manat mediasiya xərci iddiaçı X3 xeyrinə tutulması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3617/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan 2(060)-454/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, X16 ilə Şəxs arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikah pozulması, xx.xx.2012-ci il təvəllüdlü X8 anası X9 yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs xx.xx.2016-cı il tarixdən etibarən hər ay 117 manat məbləğində aliment tutularaq X19ma verilməsi və nikahın pozulması haqqında şəhadətnamənin verilməsi ilə bağlı X2 15 (on beş) manat dövlət rüsumu alınması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-454 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində xx.xx.2025-ci il tarixdən axtarış elan edilmişdir. İş materiallarında olan 2(060)-838/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində maddi yardım tutulub iddiaçı X7 verilməsi və cavabdeh Şəxs iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 25 manat məbləğində mediasiya xərci iddiaçı X3 xeyrinə tutulması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-838/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan 2(060)-4448/2018 il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X19ma verilməsi və sabit pul məbləğində alimentin artırılma tarixi xx.xx.2018-ci il tarixdən hesablanması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4448/2018-ci il saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Məhkəmə iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, Şəxs tərəfindən bu günədək icra sənədləri üzrə müəyyən məbləğlərdə ödənişlər etsə də, kifayət qədər borcu ödənilməmiş qalmışdır. Belə ki, tələbkar X12 məhkəmə iclası günü 100 manat ödəniş etdikdən sonra 1748 manat borcu qalmışdır. Şəxs məhkəmə iclası günü 200 manat ödəniş etdiyini bildirsə də, ona qəbz təqdim edilməsi üçün şərait yaradılmış, məhkəmədə fasilə elan edilmiş, lakin 100 manat ödəməsi barədə qəbz təqdim etsə də, digər 100 manatın qəbzini təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən tələbdar Səidə Məmmədovaya münasibətdə isə 3900 manat borcu qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 16 aprel 2025-ci il tarixdən saat 11.20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 (död) saata görə 24 (iyirmi) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2025-ci il, saat 16.00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-930/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-930/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver