Məhkəmə qərarları › İş №3(060)-931/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-931/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-931/2022 10.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 Qubadlı rayon Polis Şöbəsinin DYPB-nin polis serjantı X2 tərəfindən tərtib edilmiş 04.04.2022-ci il tarixli, İXP ******* nömrəli protokoldan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : X1 rayon Polis Şöbəsinin DYPB-nin polis serjantı X2 tərəfindən tərtib edilmiş 04.04.2022-ci il tarixli, İXP ******* nömrəli protokoldan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, 04.04.2022-ci il tarixdə özünə məxsus MERCEDES W 211 markalı ** LX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi zaman Ü.Hacıbəyov küçəsindən Sülh küçəsinə dönərkən onu YPX əməkdaşı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlamış və ona izah etmişdir ki, yol ayrıcılığının nizamnamə tələbini pozmuşdur. Lakin o YPX əməkdaşı ilə dialoq zamanı izah etmişdir ki, 65ci maddəyə əsasən 4.1.4 nişanlanma birinci yol ayrıcılığına qədər qüvvədə qalır. Lakin ikinci yol ayrıcılığında nişan qüvvəsini itirir. O da YHQ-nin 42.1ci maddəsinə əsasən sola dönmə işığını yandıraraq sola dönmüşdür. Yerdə nişanlanma xətti 1.5 (qırıq-qırıq) olmuş 1.1, 1.3 olmamışdır ki, hərəkətini düz davam etdirsin. Buna baxmayaraq Qubadlı rayon Polis Şöbəsinin DYPB-nin polis serjantı X2 ona Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə cərimə yazmışdır. Həmin protokoldan narazıdır və Qubadlı rayon Polis Şöbəsinin DYPB-nin polis serjantı X2 tərəfindən tərtib edilmiş 04.04.2022-ci il tarixli, İXP ******* nömrəli protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş - Qubadlı rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi və X7 müvafiq olaraq gəlməmişdir və məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 04.04.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan 04.04.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 rayon Polis Şöbəsinin DYPB-nin polis serjantı X2 tərəfindən tərtib edilmiş 04.04.2022-ci il tarixli, İXP ******* nömrəli protokol Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən tərtib edilmişdir. 04.04.2022-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 04.04.2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Qubadlı rayon Polis Şöbəsinin DYPB-si tərəfindən tərtib edilmiş 04.04.2022-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 04.04.2022-ci il tarixli, TP ******* nömrəli qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar