Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-932/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:50 radələrində sürücü Şəxs idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi aşkar olunmuş, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmək üçün Sumqayıt RND-nə aparılmış və o, müayinədən keçməkdən imtina etmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Prokolu tərtib edən Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X4 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 20:50 radələrində sürücü Şəxs idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, sənədləri tələb olunmuş, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi aşkar olunmuş, danığından və vizual görünüşündən şübhələndikləri üçün tibbi müayinədən keçirilmək üçün Sumqayıt RNDnə aparılmış, o, müayinədən keçməkdən imtina etmiş, nəqliyyat vasitəsi duracağa yerləşdirilmiş və o, Sumqayıt ŞPİ-nin əməkdaşlarına təhvil verilmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 343-1.5-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü qismən təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 20:50 radələrində sürücü Şəxs idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman sürücülük hüququnun olmadığını bildirmiş, ondan şübhələndikləri üçün müayinədən keçirilmək üçün Sumqayıt RND-nə aparılmış, analiz vermiş, lakin həkim ona yenidən analiz verməsini tələb etdikdə o, imtina etmişdir. 4-5 gün əvvəl narkotik vasitə marixuana qəbul etdiyini və sürücülük hüququndan məhrum olunduğunu bildirdi. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 20:50 radələrində sürücü Şəxs idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, sənədləri tələb olunmuş, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi aşkar olunmuş, danığından və vizual görünüşündən şübhələndikləri üçün tibbi müayinədən keçirilmək üçün Sumqayıt RND-nə aparılmış, o, müayinədən keçməkdən imtina etmiş, nəqliyyat vasitəsi duracağa yerləşdirilmiş və o, Sumqayıt ŞPİ-nin əməkdaşlarına təhvil verilmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 2097 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:55 radələrində tibbi müayinədən imtina etmişdir. Şəxs əməli, barəsində tərtib olunmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi aşkar olunmuş, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmək üçün Sumqayıt RND-nə aparılmış və o, müayinədən keçməkdən imtina etmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X1 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-932/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-932/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver