Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-932/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, polis mayoru X5, Zərərçəkmiş şəxslər X2, X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Qubadlı rayonu, Çərəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Qubadlı şəhəri ərazisində qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 09:20 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən X1 işlətdiyi “İ-smart” telefon mağazasından 150 manat dəyərində olan “Honor” markalı mobil telefonu oğurlayaraq xırda talama əməli törətmişdir. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində X6 “Redmi A12” markalı mobil telefonunu danışmaq adı ilə alıb geri qaytarmayaraq ona qarşı dələduzluq edərək xırda talama əməli törətmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, polis mayoru X9 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, ona vaxt verilsə, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə bilər. Əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində mağazaya gələn zaman piştaxtada telefonu görməmişdir. Satıcıdan telefonun harada olduğunu soruşmuşdur. O da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin telefonu maraqlandığını, lakin almadığını, daha sonra çıxıb getdiyini demişdir. Bundan sonra o, polisə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində Sumqayıt şəhəri, “Şərq” bazarı ərazisində özünə məxsus avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğu zaman bir nəfər kişi müştəri qismində ona yaxınlaşaraq onu Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisinə aparmağı xahiş etmişdir. O, Şəxs 2-ci mikrorayon ərazisinə gətirdikdən sonra Ariz danışmaq üçün mobil telefonunu istəmiş, o, telefonu Şəxs vermiş, lakin Ariz telefonu qatarmayaraq qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X8 izahatında bildirmişdir ki, o, “İsmart” telefon mağazasında işləyir. O, mağazanı təmizləyərkən Ariz yaxınlaşaraq telefon almaq istədiyini söyləmiş, daha sonra vitrindən telefonu əlinə götürüb baxmışdır. Mağazaya digər bir müştəri daxil olduğundan o, həmin müştəriyə yaxınlaşmışdır. Bu zaman Ariz ondan dönər almaq üçün yer olub-olmadığını soruşmuş və mağazadan çıxmışdır. Daha sonra “Honor” markalı mobil telefonun mağazada olmadığı aşkar edilmişdir. Müdafiəçi Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 Ariz Bəhlul oğlunun Aprel döyüşlərinin iştirakçısı olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək barəsində həbslə bağlı olmayan yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edimiş qərarın surəti ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X6 "Redmi A 1+" markalı, **********53007 və **********53015 İMEİ kodlu, 050-34278-91 nömrəsi ilə işləyən mobil telefonunu dələduzluq yolu ilə ələ keçirərək sonuncuya 200 manat maddi ziyan vuran naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-yə həvalə edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, fakt üzrə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-yə göndərilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:15-də tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 15:55-də azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri, şahidi və protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə hərtərəfli araşdırma apardı və müəyyən etdi ki, inzibati xəta haqqında protokollarda göstərilənlər işin hallarına uyğundur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Məhkəmə həmçinin hesab edir ki, vəkil X11 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "İnzibati qaydada tutma haqqında" xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:15-də tutulmuşdur və bu nəzərə alınaraq inzibati həbsin əvvəli həmin tarixdən hesablanmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli onun faktiki olaraq tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 20:15-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X11 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosununun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-932/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-932/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver