Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-934/2023 10.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin (icra sənədi üzrə tələbkar) nümayəndəsi- X5, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1979-cu ildə Xocavənd rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Xocavənd Rayon Məhkəməsinin 2(069)-2/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi borclu Hüseynov tərəfindən üzrsüz səbəbdən icra edilmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 məhkəməyə bildirdi ki, Xocavənd Rayon Məhkəməsinin 2(060)-2/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs, X2 və X1 müştərək qaydada 16356,75 ABŞ dolları məbləğində əsas, 4324,14 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş X3 məxsus Kamaz-65115 N yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlakın ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracda satılması qət edilmişdir. Hal-hazırda borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır, borcundan heç bir ödəniş etməmişdir, ipoteka müqaviləsi ilə yüklü edilmiş X3 məxsus Kamaz-65115 N yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracdan satılmasına mane olur, avtomobili gizlədir, təqdim etmir və təqdim etməyəcəyini bildirir. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Xocavənd Rayon Məhkəməsinin 2(060)-2/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər ondan, X2 və X1 müştərək qaydada 16356,75 ABŞ dolları məbləğində əsas, 4324,14 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş X3 məxsus Kamaz-65115 N yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlakın ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracda satılması qət edilmişdir. Əvvəllər banklardan kredit götürərək təsərrüfatla məşğul olmuşdur. Lakin bir müddət sonra dolların kursu qalxmış, ölkədə devalvasiya baş vermişdir. O hətta Accesbankın baş ofisinə getmişdir ki, ona vaxt və qrafik verilsin ki, o ödənişlərini etsin. Azərbaycan Respublikası Milli X6 əmioğludur, qardaşının biri ölüb, biri də xərçəng xəstəsidir, himayəsində 2009-cu il təvəllüdlü bir uşağı var, ailəni həmin kamazla o dolandırır, buna görə də Kamazı verə bilmir. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin (icra sənədi üzrə tələbkar) nümayəndəsi X9 bildirdi ki, Xocavənd Rayon Məhkəməsinin 2(060)-2/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs, X2 və X1 müştərək qaydada 16356,75 ABŞ dolları məbləğində əsas, 4324,14 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş X3 məxsus Kamaz-65115 N yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlakın ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracda satılması qət edilmişdir. Etiram dəfələrlə bankdan kredit götürmüşdür. Maşına 30000 ilkin satış qiyməti qoyulmuşdur. Onun müraciəti əsasında bank tərəfindən güzəşt olunaraq aylıq krediti əvvəlcə 814 dollara, sonra isə 260 dollara endirilmişdir, amma yenə də ödəniş olmamışdır. Bank 15000 manat hağd ödənilməsi müqabilində borcun qalan hissəsindən imtina etməyə də hazırdır, amma borclu borcu ödəməkdən qəsdən yayınır. Buna görə maşının təqdim edilməsini və ya onun həbs edilməsini xahiş edir. İş materiallarında olan Xocavənd Rayon Məhkəməsinin 2(060)-2/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs, X2 və X1 müştərək qaydada 16356,75 ABŞ dolları məbləğində əsas, 4324,14 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş X3 məxsus Kamaz-65115 N yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlakın ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracda satılması qət edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da icra sənədini icra etməmişdir, yenə də icra etmək fikrində deyildir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağının olmasıdır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-934/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-934/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver