Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-934/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X3, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 nümayəndəsi X9 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X17 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X17 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X5 02 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən AR İXM-in 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1500 (min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Qərarda o, fiziki şəxs olduğu halda, vəzifəli şəxs kimi göstərilmişdir. O, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu isə reallığa uyğun deyil. Həmçinin qərarda aparılmış yoxlamanın planlı olduğu qeyd olunsa da yoxlamadan öncə onlara heç bir xəbərdarlıq olunmamışdır. Göründüyü kimi, hazırki işdə inzibati xəta tərkibi yoxdur. O, heç bir əsas olmadan cərimə olunmuş və bu səbəbdən də həmin cərimə ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X17 şikayətinin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə məhkəmə iclasında şikayətçi X17 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yoxlama zamanı şərab evinin satış zalında son istifadə müddəti keçmiş meyvə şirəsi, qazlı sular aşkar edilsə də, müddəti keçmiş spirtli içki aşkar edilməmişdir. Müddəti keçmiş meyvə şirəsi və qazlı suları isə satış zalında soyuducuya qoymuşlar ki, sonra özləri içərlər, həmin meyvə şirəsi və qazlı sular satış üçün nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 nümayəndəsi X12 şikayətlə razılaşmayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2025-ci il tarixli KY252282551 nömrəli çıxarışa və Azərbaycan Respublikasının Qida X4-X15 xx.xx.2025cü il tarixli YQ-0133 nömrəli yoxlamanın aparılması haqqında Qərarına əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən X14 məxsus “Azuqə” şərab evində planlı yoxlama keçirilmişdir. Yoxlama zamanı çoxsaylı pozuntular, o cümlədən orada çalışan işçinin tibbi müayinəyə cəl edilməməsi, yararlılıq müddəti keşmiş məhsulların satılması müəyyən edilmişdir. Ona görə X17 barəsində müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. X8 vəzifəli şəxs olmadığını deyir, lakin o vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, fəaliyyəti ilə bağlı adına müvafiq VÖEN mövcuddur. Ona görə də qanunvericliyin tələbinə əsasən vəzifəli şəxs hesab edilir. Bundan əlavə X14 yoxlama ilə bağlı öncədən poçt vasitəsi ilə bildiriş göndərilmişdir, lakin poçt zərfi ünvan sahibinə çatdırımamış və geri qaytarılmışdır. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkar X13 (VÖEN: **********) cari fəaliyyətinin yoxlanılması reyestrdə qeydə alınmışdır. Yoxlama müəddəti: xx.xx.2025-xx.xx.2025. İş materiallarına əlavə edilmiş poçt zərfinin surətindən görünür ki, Azərbaycan Respublikası Qida X7-X21 tərəfindən X1 fəaliyyəti göstərdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu prospekti, ev 53 ünvanında fəaliyyət göstərən “Azuqə” şərab evinə poçt vasitəsi ilə bildiriş göndərilmiş və həmin bildiriş “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 əməkdaşları tərəfindən tərtib edilmiş (sahibkar X17 tərəfindən də imza edilmiş) 14 mart 2025-ci il tarixli 0133 nömrəli aralıq aktdan görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən “Azuqə” şərab evində yoxlama zamanı sahibkarlıq fəaliyyətinə dair aşağıdakı məcburi tələblərin pozulması aşkar edilmişdir; - çalışan bir nəfər işçinin tibbi müayinə arayışı təqdim edilməmişdir. Bununla sahibkar “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin tələblərini pozmuşdur. - satışda yararlılıq müddəti bitmiş qida məhsulları aşkar edilmişdir. Hər biri 1 litr olan 2 ədəd “Vitamin” əmtəə nişanlı meyvə şirəsi (s.i.t-xx.xx.2024, xx.xx.2025), hər biri 1 litr olan 5 ədəd “Bonaqua” əmtəə nişanlı qazlı su (s.i.t-xx.xx.2024), 01 ədəd 05 litrlik aoleli içki (s.i.t-xx.xx.2025), hər biri 200 ml olan 4 ədəd “Kızılay” əmtəə nişanlı qazlı içki (s.i.txx.xx.2024), 01 ədəd 200 ml olan “Uludağ” əmtəə nişanlı içki (s.i.t-xx.xx.2025). Bununla da sahibkar “İsehlakçıların hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 əməkdaşları tərəfindən tərtib edilmiş (sahibkar X17 tərəfindən də imza edilmiş) 14 mart 2025-ci il tarixli aktdan görünür ki, yararlılıq müddəti bitmiş qida məhsulları götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində fəaliyyət göstərən “Azuqə” şərab evində həmin tarixdə aparılan yoxlama zamanı orada çalışan bir nəfər işçinin tibbi müayinə arayışı təqdim edilməmiş, dezinfeksiya, dezinseksiya, deratizasiya aktları təqdim edilməmiş və satışda yararlılıq müddəti bitmiş qida məhsulları aşkar edilmişdir. Bununla da X17 (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İXM-in 220.3, 220.5 və 447.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yoxlama aktından görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən “Azuqə” şərab evində yoxlama zamanı (başlama tarixi xx.xx.2025, başa çatma tarixi – xx.xx.2025) işçi heyət üçün dolablarla təchiz edilmiş soyunub-geyinmə otağının ayrılmaması, əlyuma çanağlarının gigiyebik tələblərə cavab verən qurutma vasitəsi ilə təmin edilməməsi, müəssisədə gətirici-sorucu (avtonom) havalandırma sisteminin quraşdırılmaması, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi sahə ayrılmaması, tavanın toz və kənar hissəciklərin iş yerinə düşməsinin qarşısını alacaq formada quraşdırılmaması, müəssisənin döşəməsinin bəzi hissələrinin hamar və təmirli vəziyyətdə olmaması, müsəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmaması, çalışan işçilərin tibbi müayinəyə cəlb edilməməsi, məhsulların yerdən və döşəmədən aralı saxlanılmaması, qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşların gigiyenik təlimlərə cəlb edilməməsi, mağazada yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirilməsi, müəssisədə qida təhlükəzisliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən izləmə sisteminin quraşdırılmaması aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində fəaliyyət göstərən “Azuqə” şərab evində aparılan yoxlama zamanı orada çalışan bir nəfər işçinin tibbi müayinə arayışı təqdim edilməmiş, dezinfeksiya, dezinseksiya, deratizasiya aktları təqdim edilməmiş və satışda yararlılıq müddəti bitmiş qida məhsulları aşkar edilmişdir. Buna görə də X17 (VÖEN: **********) Azərbaycan Respublikası İXM-in 220.3, 220.5 və 447.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 447.0.2-ci maddəsinə əsasən vəzifəli şəxs kimi 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən “Azuqə” şərab evində sahibkarlıq fəaliyyəti ilə məşğul olan X13 (VÖEN: **********) cari fəaliyyətinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır (yoxlama müəddəti: xx.xx.2025-xx.xx.2025). 14 mart 2025-ci il tarixdə yoxlama zamanı şərab evində çalışan bir nəfər işçinin tibbi müayinəyə cəlb edilməməsi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmaması, həmçinin satışda yararlılıq müddəti bitmiş qida məhsullarının olması aşkar edilmişdir. Bununla bağlı həmin tarixdə aralıq akt tərtib edilmiş və yararlılıq müddəti bitmiş qida məhsulları digər bir akt əsasında götürülmüşdür. Hər iki aktla X17 tanış olaraq imzamışdır. Aşkar edilmin pozuntulara görə “Azuqə” şərab evində sahibkarlıq fəaliyyəti ilə məşğul olan X13 barəsində 14 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 220.3, 220.5 və 447.0.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında işə 02 aprel 2024-cü ildə Azərbaycan Respublikası Qida X7-Xızı Regional X2 iştitakı ilə baxılmış və həmin tarixli qərarla X17 (VÖEN: **********) Azərbaycan Respublikası İXM-in 220.3, 220.5 və 447.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 447.0.2-ci maddəsinə əsasən vəzifəli şəxs kimi 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X8 həmin qərardan şikayət verərək sahibkar olduğunu, əsassız olaraq onun vəzifəli şəxs kimi cərimə edildiyini, həmçinin yoxlama aparılmadan öncə onlara heç bir bir məlumat verilmədiyini, aşkar edilmiş yararlılıq müddəti keçmiş meyvə şirəsi və qazlı suların isə satışının həyata keçirilmədiyini, həmin meyvə şirəsi və qazlı suları sonradan özləri içmələri üçün satış zalında soyuducuya qoyulduğunu bildirmişdir. Məhkəmə şikayətçinin dəlillərinə münasibətdə qeyd edir ki, X17 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, İXM-in 17-ci maddəsinin Qeydinə əsasən həmin fəaliyyətlə bağlı o vəzifəli şəxs hesab edilir. Bundan əlavə müəyyən edilmişdir ki, yoxlama aparılmamışdan öncə Azərbaycan Respublikası Qida X7-X21 tərəfindən X1 fəaliyyəti göstərdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu prospekti, ev 53 ünvanında fəaliyyət göstərən “Azuqə” şərab evinə poçt vasitəsi ilə bildiriş göndərilmiş və həmin bildiriş “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə şikayətçinin aşkar edilmiş yararlılıq müddəti keçmiş meyvə şirəsi və qazlı suların satışının həyata keçirilmədiyini, həmin meyvə şirəsi və qazlı suları sonradan özləri içmələri üçün satış zalında soyuducuya qoyulduğunu bildirməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, bu şikayətçinin özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilməldir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə – fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, yaxud müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılmasına görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni saxlama müddəti ötmüş məhsulların satılmasına fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən: 22.1. Qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar. 22.2. Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır. 22.3. Qida subyektlərinin qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası prosesləri ilə məşğul olan əməkdaşları fəaliyyətləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci bəndinin 3-cü abzasına əsasən yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Göründüyü kimi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X6 qanunverilciyin tələblərinə əməl edilməklə inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, araşdırma zamanı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X13 Azərbaycan Respublikası İXM-in 220.3, 220.5 və 447.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapmış, o həmin maddələrlə təqsirli bilinərək daha ağır sanksiyası olan Azərbaycan Respublikası İXM-in 447.0.2-ci maddəsinə əsasən vəzifəli şəxs kimi 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X13 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X13 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-934/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-934/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver