Məhkəmə qərarları › İş №3(060)-935/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-935/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-935/2025 17.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Yardımlı rayonu, Nisəkələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yardımlı rayonu, Nisəkələ kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında sərxoş vəziyyətdə uca səslə nalayiq iafdələr işlədərək ictimai asayişi pozan xuliqanlıq hərəkətləri etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə axşam saat 23:30 radələrində vətəndaş Şəxs sərxoş vəziyyətdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına yaxınlaşmış, uca səslə nalayiq ifadələr işlətmiş, telefonu yerə çırpmış, qapını təpikləmiş və bu kimi digər hallara yol vermişdir. O, hadisə zamanı orada olmasa da tərtib olunmuş protokol, akt, videogörüntü hər biri iş materiallarına əlavə edilmişdir. Şəxs sərxoş vəziyyətdə olmuş, özünün deməsinə görə mübahisədən çıxıb gəlmişdir, vətəndaşın DİN-nin 102 xidmətinə də mübahisə ilə bağlı müraciəti olmuşdur. Daha sonra aqressiv şəkildə bölməyə yaxınlaşmış, həmin vaxt bölmədə təhqiqatçı, sahə rəisi, onların yanında uşaqlı qadın olmuş, ailə münaqişəsi ilə bağlı digər vətəndaşlar olmuşdur. Həmçinin polis bölməsi beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir, səs-küy olduğu zaman orada yaşayanların narazılığına səbəb olur. Videogörüntüdən də görünür ki, orada sakit mübahisədən söhbət getmir, ona görə də şəxsi İXM-nin 510-cu maddəsi ilə sənədləşdirib qərar verilməsi üçün məhkəməyə gətirilmişdir. Tərəfindən tərtib edilmiş protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, qeyd edilənlər doğrudur, etiraf edir və əməlindən peşmandır, içkili olmuşdur. Həmin vaxt nə etdiyini xatırlamır. Polis bölməsinə şikayət məqsədi ilə gəlmişdir, belə ki, kafedə olan zaman 3-4 nəfər onunla mübahisə etmiş, o da bununla bağlı şikayət etmək istəmişdir. Videogörüntüyə baxdıqda hərəkətlərindən çox utanmışdır, əməlindən çox peşmandır. Himayəsində üç uşağı vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil inzibati xətanı törətmiş şəxsin barəsində cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş edir. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması özünün ifadəsi və işdə olan digər sənədlərlə təsdiqini tapır. İş materiallarında olan A/1775 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 13:45-də azad edilmişdir. İş materiallarında olan videogörüntülərdən görünür ki, Şəxs saxlanıldığı müvəqqəti saxlama yerinin qapısına ayaqla zərbə yetirərək nalayiq ifadələr işlədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxsna inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qasımova Vüsalə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar