Məhkəmə qərarları › İş №3(060)-936/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-936/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-936/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsi barədə X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X8 şikayətlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsiinin nümayəndəsi və qərardan şikayət vermiş X8 məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayəti onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X8 barəsində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tələblərini pozduğuna görə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. X8 barəsində inzibati xəta haqqında protokol tərtib edən və qərar qəbul edən vəzifəli şəxsə inzibati xəta törətmədiyini bildirsə də, araşdırılmadan onun barəsində əsassız protokol və həmin protokol əsasında qərar qəbul edilmişdir. X3 əməlində inzibati xəta təkibi yoxdur, belə ki, İXM-nin 272.3-cü maddəsində ov qaydalarının kobud və müntəzəm pozulması məsuliyyət yaradır. X1 bağlarında yerləşən ona məxsus torpaq sahəsinə gedərkən Azərbaycan Respublikası DİN-dən xüsusi icazəsi olan silahı da özü ilə götürmışdür. Lakin hər hansı bir ov fəaliyyəti ilə məşğul olmamış və öz bağına doğru hərəkətə edərkən avtomobili palçıqlı yolda batıb qaldığı üçün həmin ərazidə olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından avtomobilinin palçıqdan çıxarılmasına kömək göstərməsini xahiş etmişdir. Lakin həmin əməkdaşlar onun barəsində əsassız olaraq belə bir protokol tərtib etmişlər və onu əsassız olaraq inzibati məsuliyyətə cəlb etmişlər. Bu isə X3 hüquq və vəzifələrinin kobud formada pozulması ilə nəticələnmişdir. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri kobud surətdə pozulmuşdur. Buna görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən X8 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsi məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9 bildirdi ki, 18-19 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt Şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər dənizi sahillərində reyd keçirilən zaman əməkdaşlar X3 avtomobilinin dəniz qırağında dayandığını görüb avtomobilə yaxınlaşmlşlar, özlərini təqdim etmişlər, X2 orada nə etdiyini sorusduqda özü etiraf edərək yaxınlıqda olan gölməçənin ərazisində ov üçün getməyə hazırlaşdığını bildirmişdir. İdarənin əməkdaşları ona avtomobilin yük yerinə baxış keçiriləcəyini bildirmişlər, o da etiraz etməyərək avtomobilin yük yerini açmış, baxış keçirilərkən yük yerindən 01 (bir) ədəd 12 kalibrli “Ata Arms” markalı ov tüvəngi aşkar edilmişdir. Ovçuluq haqqında Azərbaycan Respublikası Qanununa əsasən ovun güdülməsi və izlənməsi ovçuluq qaydalarının pozulması hesab olunur. Müvafiq lisenziya olmadan ov etmək mümkün deyildir. İlk növbədə ovçuluq bileti qeydiyyata alınmalı və sonra lisenziya verilməlidir. X3 silahı onun mükiyyətindədir və sənədləri mövcuddur, lakin ovçuluq lisenziyası olmadığından ovçuluq hüququ yoxdur. Həmçinin bildirmək istəyir ki, X3 avtomobilinin yük yerində silah aşkar olunarkən atışa hazır vəziyyətdə olmuşdur. Mülki silahın daşınması və saxlanması haqqında qaydalarda göstərilmişdir ki, silaha patron ancaq atışa hazır vəziyyətə gətirilən zaman yerləşdirilir və ya icazə verilmiş ov sahəsində ova başlanan zaman mümkündür. Başqa vaxtlarda silahda patron olmamalıdır. Silah aşkar olunan zaman akt tərtib olunmuş, həmin akta əsasən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əsasən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X8 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tələblərini pozduğuna görə 1000 (bir min) manat inzibati cərimə edilmişdir. X8 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına xitam verilməsi haqqında şikayətinin təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyən X5 da İdarənin etibarnamə üzrə nümayəndəsi X7 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər dənizi ərazisində xx.xx.2024-cü il tarixdə X8 tərəfindən qanunsuz ov fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X6 barəsində olan inzibati xəta ilə bağlı işə xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində baxılacağı bildirilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 83932 nömrəli aktdan və foto şəkillərdən müəyyən olunur ki, X3 avtomobilinin yük yerinə baxış keçirilmiş və 01 (bir) ədəd 12 kalibrli “Ata Arms” markalı ov tüvəngi aşkar edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, iş materiallarından görünür ki, X3 avtomobilində silah aşkar olunsa da, İXM-nin 272.3-cü maddəsinin tələbinə əsasən o, bilavasitə ov etdiyi təqdirdə inzibati məsuliyyətə cəlb oluna bilər. R.Mirzəyevin bilavəsitə ov edib-etməməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılmadan Azərbaycan Respublikası İXMnin 272.3-cü maddəsinə əsasən 1000 (bir min) manat məbləğində inzibari cərimə olunmuşdur. Bununla da, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi pozulmuş, inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasna görə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X8 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. HAKİM ROVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar