Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-937/2024 07.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola görə Şəxs 2023-cü ilin okyabr ayında Zərərçəkmiş şəxs həyətində kölgəlik düzəltmək məqsədi ilə ona vermiş olduğu 40 ədəd borudan 17 ədəd borunu istifadə etmiş, qalan boruları isə mənimsəməklə sonuncuya 340 manat maddi ziyan vurmuş, nəticədə Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi polis kapitanı X2 tərtib edilən protokola uyğun izahat verərək Şəxs zərəçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini və onunla barışmasını nəzərə alaraq qanunamaüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 2023-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs həyətində kölgəlik düzəldəcəyi barədə sonuncu ilə razılaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona 40 ədəd dəmir boru vermiş, o, həmin borulardan 17 ədədini istifadə etsə də, 23 ədədini götürərək öz şəxsi mənafeyi üçün istifadə etmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərəçəkmiş Zərərçəkmiş şəxs ona qarşı şikayəti yoxdur, onunla barışmışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxsn bildirdi ki, 2023-cü ilin oktyabr ayında yaşadığı həyətdə kölgəlik düzətmək məqsədi ilə usta kimi tanıdığı Şəxslə razılığa gəlmiş, bu məqsədlə sonuncuya 40 ədəd boru alaraq vermişdir. Lakin sonradan Ramilin vədinə əməl etmədiyini müşahidə etmişdir. Belə ki, Ramil 17 ədəd dəmir borudan kölgəlik düzətmək üçün istifadə etsə də, 23 ədəd borunu oğurlayaraq həyətdən aparmışdır. O, bu barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir.. Hazırda Ramil ona olan dəymiş ziyan ödənmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, onunla barışdığını bu səbəbdən sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis kapitanı Əhmədağa Hüseynovun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, vurulmuş zərərin ona tam olaraq ödənildiyi üçün o, Şəxs bağışlayır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir, onlar bir-birilə barışmışlar, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Bu səbəbdən qanunun yuxarıda göstərilən norması rəhbər tutulmaqla Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-937/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-937/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver