Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-939/2022 14.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNH inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1983-cü ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Qubadlı rayonunda qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, fərdi edv ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li, 11 aprel 2022-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs 20.02.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, P.Həşimov qəsəbəsində hərəkətdə olan zaman piyada F.Burcəliyevi vuraraq ona bədən xəsarəti yetirmişidir. Yoxlama zamanı idarə etmə hüququ olmadan avtomobili idarə etdiyi məlum olmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNH inspektoru, polis kapitanı X2 göstərdi ki, Şəxs 20.02.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, P.Həşimov qəsəbəsində hərəkətdə olan zaman piyada F.Burcəliyevi vuraraq ona bədən xəsarəti yetirmişdir. Yoxlama zamanı idarə etmə hüququ olmadan avtomobili idarə etdiyi məlum olmuşdur. Sürücü sürücülük vəsiqəsi və etibarnamə olmadan avtomaşını idarə etmişdir və hadisə törətmişdir. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, qardaşı X5 məxsus “NİSSAN TİDA” markalı ** KT *** nömrəli maşınla 20.02.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, P.Həşimov küçəsi ərazisində hərəkət edən zaman piyada F.Burcəliyevi ehtiyatsızlıqdan vurmuşdur. Üç uşağı və 2-ci qrup əlilliyi var, həmçinin əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil hüquqlarını müdafiə etdiyi X8 barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarında olan nəqliyyat vasitəsinin AC seriyalı, 892743 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “NİSSAN TİİDA MİNİK” markalı, ** KT *** qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. İş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”-nin 637 saylı, 20 fevral 2022-ci il tarixli aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından gönür ki, 20.02.2022-ci il tarixdə saat təxminən 16:30 radələrində Sumqayıt şəhərində yerləşən Dəniz kənarı parkda “Asan xidmət”-in qarşısında piyada keçidi ilə dəniz kənarına keçərkən tanımadığı avtomobil onu qol nahiyyəsindən vuraraq yıxmışdır. Hadisə olan zaman ərazidə olan Post Patrul Xidmətinin əməkdaşları ona yaxınlaşaraq ilk tibbi yardım göstərmişlər və X7 çağıraraq onu xəstəxanaya gətirmişlər. Xəstəxanada həkimlər ona tibbi yardım göstərmiş və sağ qaş nahiyyəsində əzilmiş yara olduğu üçün tikiş qoymuşlar. Təxminən 2-3 saat sonra isə onun istəyi ilə onu evə buraxmışlar. Hal-hazırda isə ev şəraitində müalicə olunur və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsdən şikayətçidir. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17 amrt 2022-ci il tarixli qərarda göstərilir ki, məhkəmə tibbi ekspertizasının 296 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ qaşüstü yarası, sağ gözaltı nahiyyənin, burnun, sol bazunun yuxarı 1/3-nin qançırı, sağ dizin sıyrığı xəsarətləri qərarın təsviri hissəsinə göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti 20.01.2022-ci il tarixə nuyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasıa səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17 amrt 2022-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, ** KT *** dövlət qeydiyyat nişanlı “Nissa Tida” markalı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 332.3, 332.4-cü maddələrinin, həmin avtomobilə sahiblik hüququ olan X4 Azərbaycan Respublikası İXM-nin 335.3-cü, 469.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmaları məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-ə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmədə müəyyən edildi ki, Şəxs 20.02.2022-ci il tarixdə saat 15:30 radələrində qardaşı X5 məxsus “NİSSAN TİDA” markalı ** KT *** nömrəli avtomaşını sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etmiş, Sumqayıt şəhəri, P.Həşimov qəsəbəsində hərəkətdə olan zaman piyadaçı F.Burcəliyevi vuraraq ona bədən xəsarəti yetirmiş, həmin şəxsə ziyan vurmuşdur. Bu işdə olan sübutlarla təsdiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin 2-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvaylarıvə trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Həmin Qanunun 34-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutlmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində üç uşağı olması, əlilliyinin olması, peşman olmasıdır, məsuliyyətini ağırlaşdiran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını və qanunvericiliyin tələbini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Belə ki , İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-939/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-939/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver