Məhkəmə qərarları › İş №3(060)-939/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-939/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-939/2023 10.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1988-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanıda qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yolunun yanındakı yaşayış massivində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* №-li, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1089/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda borclunun 3258 manat ödənilməyən aliment borcu yaranmışdır. Məhkəmədə protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1089/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən məhkəmə qətnaməsi çıxarılanadək cavabdeh Şəxs xx.xx.2016-ci il təvəllüdlü X1 üçün məhkəməyə müraciət etdiyi tarixdən, yəni 11 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay 80 manat aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Bu müddət ərzində tələbkar aliment miqdarının ödənilməməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət etməmişdir. Hal-hazırda tələbkar aliment məbləğinin ödənilməməsi barədə şikayət etmişdir. Bərdə Rayon Məhkəməsindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olan icra sənədi müvəqqəti xarakterlidir. Lakin bu məsələ ilə bağlı qətnamə elektron məhkəmə sistemində yoxdur. Bununla bağlı tərəfindən araşdırma aparılmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1089/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən məhkəmə qətnaməsi çıxarılanadək cavabdeh ondan xx.xx.2016-ci il təvəllüdlü X1 üçün məhkəməyə müraciət etdiyi tarixdən, yəni 11 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay 80 manat aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Qərardad xx.xx.2019-cu il tarixdə qçıxarılsa da, onlar barışmışlar və tələbkar xx.xx.2019cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək məhkəmənin icraatında olan nikahın pozulmasl və aliment tələbinə dair ərizəyə xitam verilməsini xahiş etmişdir. Onlar 2022-ci ilin sentyabr ayına qədər birlikdə yaşamışlar. Hal-hazırda onlar ayrı yaşayır və ayrı yaşadıqdan sonra o hər ay aliment məbləğini ödəmişdir və qəbzləri də vardır. Borc kimi hesablanan 3258 manat aliment borcu onların birlikdə yaşadığı dövrü əhatə edir, lakin həmin müddət ərzində də o ailəsinə və uşaqlarına baxmışdır. Ona görə də, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan X3 Bərdə Rayon Məhkəməsinə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Şəxs ilə aralarında olan nikahın pozulması tələbi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin ərizəyə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1089/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi müvəqqəti xarakterli olmuşdur, lakin icra məmuru tərəfindən həmin məsələ ilə bağlı qətnamənin qəbul edilib-edilməməsi araşdırılmamış və aliment miqdarı dəqiq müəyyən edilmədiyindən Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar