Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-940/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 oğlunun, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru Eldar İbrahimovun, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair DİN-nin Sumqayıt ŞPİ-nin 4-cü PB -dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X4 28.03.2021-ci il tarixdə saat 18:50 radələrində Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yerləşən “Breeze” çay evində müştərilərə qəlyan verməklə karantin rejimini pozmuşdur. Bununlada, X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru Eldar İbrahimov oğlu izahatında bildirdi ki, X4 28.03.2021-ci il tarixdə saat 18:50 radələrində Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yerləşən “Breeze” çay evində müştərilərə qəlyan verməklə karantin rejimini pozmuşdur. X5 Paşa oğlu birinci dəfə çay evini işlədərək müştərilərə qəlyan vermiş və 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Buna görə də X7 oğlu barəsində 29 mart 2021-ci il tarixli, MN 0921068-623 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X4 məhkəmə iclasında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilənlərlə razılaşaraq qeyd edilən əməli ikinci dəfə törətdiyini bildirdi. O birinci dəfə həmin çay evini işlədərək və qəlyan təklif edərək karantin qaydalarını pozmuş və 4000 (dörd min) manat məbləğində cərimə edilmiş və o həmin cəriməni ödəmişdir. Əməlindən səmimi peşmandır və bir daha inzibati xəta törətməyəcəyinə söz verərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X7 oğlunun müdafiəçisi Vəkil ifadəsində hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olmasını nəzərə alaraq yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarını araşıdıraraq, inzibati protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, müdafiəçini, dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, X7 oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər” barədə 12 sentyabr 2020-ci il tarixli qərarının 1.2.2-ci bəndinə əsasən içtimai iaşə obyektlərində, eləcədə restoran kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağan edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karnatin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyətlərin aradan qaldırılması barədə 16 yanvar 2021-ci il tarixli qərarın 2.3-cü bəndinə əsasən görünür ki, 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran kafe çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Həmin qərarının 10-cu bəndinə əsasən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr ntarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə qüvvəsini saxlayır. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs X7 oğlu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin məcəllənin 211-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X7 oğlu 28.03.2021-ci il tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuşdur. AzərbaycanRespublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın ağırlığını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edirki, X4 barəsində inzibati tənbeh tədbiri növündə həbs tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115, 535.1 211.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərar a a l d ı : X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib, 10(on)gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli X2 inzibati qaydada tutulduğu tarixdən yəni, 28 mart 2021-ci il tarixdən, saat 21:30-dan hesablansın. Müdafiəçi Vəkil göstərdiyi 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi vəya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-940/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-940/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver