Məhkəmə qərarları › İş №3(060)-940/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-940/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-940/2023 19.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, qərardan şikayət vermiş şəxs Dadaşov Ruslan Novruz oğlunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Abşeron-Xızı regional şöbəsinin MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından Dadaşov Ruslan Novruz oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Dadaşov Ruslan Novruz oğlu şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Abşeron-Xızı regional şöbəsinin MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Dadaşov Ruslan Novruz oğlu şikayətində göstərmişdir ki, müraciətin səbəbi heç bir əsas və səbəb olmadan barəsində ƏƏSMN yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinin MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ilə İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, guya o, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs Şahid hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Aşağıda qeyd olunanlara əsasən, qərarı tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, özü hazırda Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində dönərçi işləyir və hadisə də orada törədilmişdir. Şahid daha əvvəl tanımamış, hadisədən təxminən bir neçə gün əvvəl anası Qanuni nümayəndə ilə işlədiyi yerə gələrək Yusifin məktəbdən çıxdığını, oğlunun pis vərdişlərə aludə olmasın deyə gün ərzində bir neçə saatlıq gələrək iş ilə tanış olması və öyrənməsi üçün yanına gəlməyinə şərait yaratmağını istəmişdir. Daha sonra atası - X2 onunla əlaqə saxlamış, o da bununla razılaşmışdır. Burada heç bir tərəfin maddi məqsədi olmamış, və Yusifin valideynləri öyrətməyinə görə hər hansı ödəniş etməmiş, nə də o Yusifə hər hansı ödəniş etməmişdir. Yusifin yanına gəlməsində məqsəd təkcə öyrənmək istəməsi olmuşdur. Yusif yanımda olarkən Sumqayıt ŞPİ-nin əməkdaşları yaxınlaşmış və Yusifi əmək müqaviləsi olmadan işə cəlb etdiyi və inzibati xəta törətdiyini bildirmişdirlər. O isə Yusifin burada işləmədiyini, yalnız öyrənmək üçün gəlib getdiyini bildirdir. Lakin buna baxmayaraq nəticədə 1000 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, Yusif də izahatında qeyd etdiklərini təsdiq etmişdir. Qeyd olunanlardan da görünür ki, əməlində heç bir inzibati xata tərkibi yoxdur və qərar əsassızdır. Əlavə olaraq qeyd edir ki, Yusifin valideynləri də bunları təsdiq edir və məhkəmə iclasında da şahid qismində ifadə verəcəkdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023cü il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 19 aprel 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmədə şikayət vermiş şəxs Dadaşov Ruslan Novruz oğlu şikayətini müdafiə edərək həmin şikayətə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında şikayəti qəbul etməyərək bildirdi ki, xx.xx.2023-ci il tarixdə Sumqayıt şəhər ərazisində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqların əməyinin istismarının qarşısının alınması məqsədilə Sumqayıt ŞPİ-nin Yetkinlik yaşına çatmayanlarla Profilaktiki işin təşkil Bölməsinin əməkdaşları tərəfindən yoxlamalar keçirilmişdir. Sumqayıt şəhər 21ci mikrorayon ərazisində yerləşən “Dönər evi” adlı obyekti işlədən Sumqayıt şəhər 29-cu məhəllədə yaşayan Dadaşov Ruslan Novruz oğlunun icarə müqaviləsi bağlamadan və vergi ödəyicisi kimi qeydiyyatdan keçmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olub, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbəsində fərdi evdə yaşayan, Şahid əməyə cəlb etməsi aşkar olunmuşdur. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinin rəisi tərəfindən X3 xidmətinin Sumqayıt regional şöbəsinin rəisinə məkub ünvanlanmışdır. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilərlən Şahid bildirdi ki, o, Dadaşov Ruslan Novruz oğlunu daha əvvəl tanımamış, hadisədən təxminən bir neçə gün əvvəl anası Qanuni nümayəndə ilə Dadaşov Ruslan Novruz oğlunun işlədiyi yerə gələrək iş ilə tanış olması və öyrənməsi üçün yanına gəlməyinə şərait yaratmağını istəmişdir. Daha sonra atası o Dadaşov Ruslan Novruz oğlu ilə əlaqə saxlamış, o da bununla razılaşmışdır. Onun valideynləri öyrətməyinə görə hər hansı ödəniş etməmiş, nə də Dadaşov Ruslan Novruz oğlu ona hər hansı ödəniş etməmişdir. Dadaşov Ruslan Novruz oğlunun yanında məqsəd təkcə öyrənmək istəməsi olmuşdur. Məhkəmə şikayət vermiş şəxsin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin və şahidin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialında olan xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (konratı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxs Şahid hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə Dadaşov Ruslan Novruz oğlu İXM-nin 192.1-ci maddəsi ilə 1.000,00 manat məbləğində iznibati cərimə olunmuşdur. Məhkəməyə təqdim olunmuş Sumqayıt şəhər Pİ-nin İTŞ-nin YYÇPİTB-nin baş inspektoru, polis baş leytenantı Rəşad Dadaşlı tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, yetkinlik yaşına çatmayan şəxslərin əməyə cəlb edilməsinin qarşısının alınmasından ötrü Sumqayıt şəhər ərazisində xx.xx.2023-cü il tarixdə keçirilən yoxlama zamanı Sumqayıt şəhər 21-ci mikrorayonda yerləşən Dadaşov Ruslan Novruz oğlunun işlətdiyi dönər evində yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Şahid qanunsuz olaraq əməyə cəlb olunması müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı araşdırma aparılmasından ötrü göstəriş verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş Dadaşov Ruslan Novruz oğlunun izahatından görünür ki, 2023-cü ilin əvvəllərindən etibarən Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən Hacı adlı adamdan “Dönər evi”ni icarəyə götürərək işlətmiş, aylıq 500,00 manat icarə haqqı ödəmişdir. “Dönər evi”ni yeni icarəyə götürdüyü üçün icarə müqaviləsi bağlamamış, həmçinin VÖEN bağlamamışdır. Şahid anası xx.xx.2023-cü il tarixdə iş yerinə yaxınlaşıb, işci lazım olarsa oğlu Yusifi işə götürməyi xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə işlətdiyi “Dönər evi”nində Yusifi afsiant kimi işini öyrənmək üçün işə qəbul etmişdir. O, gündəlik Yusifə 10,00 manat əmək haqqı vermişdir. Məhkəməyə təqdim olunmuş Şahid izahatından görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən Hacı adlı adamdan “Dönər evi”ndə onu işə anası Qanuni nümayəndə xahişi ilə Ruslan Dadaşov götürmüş, ona gündəlik Ruslan 10,00 manat maaş vermişdir. O, günəlik saat 14:00-dan 18:00-dək işdə olmuş, onun işi müşdərilərə yerində qulluq idi. Məhkəmə Şahid məhkəmədəki izahatına tənqidi yanaşaraq həmin izahatın Ruslan Dadaşovun məsuliyyətdən azad olunması məqsədilə verildiyini qeyd edir. Məhkəməyə təqdim olunmuş Sumqayıt şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev tərəfindən X3 xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Aqşin Əhmədova ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-ci il tarixdə Sumqayıt şəhər ərazisində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqların əməyinin istismarının qarşısının alınması məqsədilə Sumqayıt ŞPİ-nin Yetkinlik yaşına çatmayanlarla Profilaktiki işin təşkil Bölməsinin əməkdaşları tərəfindən yoxlamalar keçirilmişdir. Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində yerləşən “Dönər evi” adlı obyekti işlədən Sumqayıt şəhər 29-cu məhəllədə yaşayan Dadaşov Ruslan Novruz oğlunun icarə müqaviləsi bağlamadan və vergi ödəyicisi kimi qeydiyyatdan keçmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbəsində fərdi evdə yaşayan, Şahid ( AZE ********) əməyə cəlb etməsi aşkar olunmuşdur. Odur ki, toplanmış material baxılması üçün Dadaşov Ruslan Novruz oğlu (AZE ********) barəsində görülmüş tədbirin nəticəsi barədə Sumqayıt şəhər polis İdarəsinə məlumat verməyinizi xahiş etmişdir. Dadaşov Ruslan Novruz oğlu Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində yerləşən “Dönər evi” adlı obyektdə yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbəsində fərdi evdə yaşayan Şahid Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Dadaşov Ruslan Novruz oğlu tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu fakt Əmək Müfəttişliyi xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş izahatlardan və digər sənədlərdən müəyyən olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.4-cü bəndinə əsasən həmin Məcəllənin 191.2-ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2-ci, 477-ci, 477-1.1.2-ci, 477- 1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 477-2.1-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Abşeron-Xızı regional şöbəsinin MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərinə uyğundur və Dadaşov Ruslan Novruz oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dadaşov Ruslan Novruz oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Abşeron-Xızı regional şöbəsinin MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar